Norgüldə "Kənd yığıncağı" təhsil prosesinin pozulması hesabına baş tutub
Norgül kəndində bu gün “kənd yığıncağı” baş tutub. Görüş məktəbin ətraf ərazisində keçirilib. Kənd yığıncağı keçirilmiş hesab olunsun deyə əhalinin 20% toplantıda iştirak etməlidir. Norgül kəndini nəzərə alsaq bu 80 nəfər deməkdir.

Kənd müvəkkili administrasiyasının nümayəndəsi 90 nəfərin imzasını toplayıb, yığıncaq açıq elan edilib və iki məsələni – məktəbin ayaqyolunun təmiri və ətraf ərazisinin hasarlanmasına səs veriblər. Əhalinin
toplanması isə əsasən Norgül kəndinin ictimai məktəb pedaqoqlarının və şagirdlərinin hesabına olub.



Görüşə həqiqətən də 90 nəfərin gəlməsini belə əminliklə qeyd edə bilmərik. Belə ki, məktəbdə dərs prosesi pozulub və bu haqda məlum olduğuna görə məktəb direktoru Marina Macaraşvili heç nə bilmirmiş.

"Mənimlə heç kim razılaşmayıb. Nə deməkdir ki, orada direktor olmadan görüş baş tutub?!" - deyir Marina Macaraşvili.

Norgül məktəbi Sereteli məktəbinin tərkibinə daxildir, ancaq erməni dilli məktəb üçün ayrı bina Norgüldə yerləşir. Marneuli meriyasından izah edirlər ki, görüş əvvəlcədən razılaşılıbmış və məktəb administrasiyası məlumatlı olmalı idi.

Norgül kənd əhalisi qəbirstanlıqda olan problemin həllini də tələb etmək istəyirmiş, ancaq onlara 16 000 lari ayrılıb və 3 layihəni bu məbləğlə həyata keçirə bilməyəcəkdilər. Sakinlərdən biri qeyd edib ki, “hələ sağ olanlara baxsınlar sonra ölülərə”.

Meriya nümayəndələri əhaliyə vəd veriblər ki, qəbirstanlıqda olan problemin şəxsi büdcədən həll olunmasına çalışacaqlar.



Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər