“Kənd yığıncağı” Saimerlo da da pozulub
Saimerlonun “kənd yığıncağı” da Tsereteliyə oxşar şəkildə pozulub.

Buna əhalinin az olması səbəb olub. Bu kənddə toplantıya 200 nəfər gəlməli imiş. Ancaq təqibən 50 nəfər gəlib.

Əhali meriya əməkdaşları ilə söhbət edib. Daxili kanalların təmizlənməsi, yolun xırlanması işləri – bu Saimerloda həyata keçiriləcək işlərin təşəbbüsüdür. Əhali kanalizasiya sistemi ilə bağlı da təşəbbüs irəli sürüb. Amma qeyd olunan təklif layihələr siyahısına düşə bilməzdi, çünki böyük məbləğ lazımdır.

Üçüncü bəyanat ritual evinin təmizləmə otağının qurulmasına aid idi. Bununla bağlı da meriya nümayəndələri deyiblər ki, bu layihə həyata keçirilə bilməz, çünki qeyd
olunan proqramda yalnız infrastruktur layihələri nəzərdə tutulub.

Saimerlo üçün kəndə dəstək proqramı çərçivəsində 20 000 lari ayrılıb. Burada təkrar görüş fevralın sonuna qədər keçirilməlidir. Əgər əhalinin toplaşması yenə alınmasa məbləğ regional inkişaf fonduna qayıdacaq.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər