Şeyx Ramin İgidov - Niqab və Burkanı qadağan edirlərsə o zaman sifəti örtən hər növ baş örtüsü qadağan olunmalıdır
İctimai yerlərdə çadra, niqab və burkanın qadağan olunması haqqında Parlamentə təqdim olunan qanun layihəsi gündəlikdən çıxardılıb - bu haqda məlumatı Gürcüstan Müsəlmanlar İdarəsinin şeyxi Ramin İgidov verdi. Onun sözlərinə görə, deputat Emzar Kvitsianinin Parlamentə təqdim etdiyi qanun layihəsi Gürcüstanda yaşayan Müsəlmanlar arasında bir mənalı olaraq qarşılanmayıb.

Gürcüstan Müsəlmanlar İdarəsinin şeyxinin sözlərinə görə, onlar əsasən hicab və çadranın qadağan
olunmasına etiraz ediblər.
Çünki həmin geyimlər sifəti bağlamır. Müvafiq olaraq, şeyxə aydın deyil ki, niyə deputat təhlükəsizlik məqsədi ilə onların qadağan olunmasını tələb edirmiş. Əgər təhlükəzlikdən söhbət gedirsə onda hər hansı maskadan istifadə edilməsi də qadağan olunmalıdır.

İgidovun sözlərinə görə, qanun layihəsinin qəbul edilməsi halında yalnız insan hüquqları pozulmur, həm də onların dini inancı təhqir olunur. Həmçinin, İslam ölkələrindən Gürcüstana gələn turistlərin sayında da azalmalar ola bilər.

Qeyd edək ki, bu dini hisslərin təhqir olunması ilə bağlı qanun layihəsinin qəbul edilməsinə 2013-cü ildən bəri artıq üçüncü cəhddir. Əvvəlki iki cəhd uğursuz olmuşdu.

Xatırladaq ki, “Vətənpərvərlər Alyansı”nın üzvü Emzar Kvitsiani Gürcüstanda ictimai yerlərdə örtük, niqab və çadra örtülməsi ilə bağlı “İnzibati Xətalar Məcəlləsi”nə müvafiq dəyişikliklərin edilməsi təşəbbüsü ilə qanun layihəsi təqdim etmişdi. Qanun layihəsinə əsasən, “Dini hisslərin təhqir edilməsi” cəzalandırılan hərəkət olur və hüququ pozanlar maddi cərimə (birinci halda 500 lari, təkrar olunması halında isə 1500 lari) və ya azadlıqdan məhrum edilmə ilə cəzalandırılmalı idi.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər