25 yanvar üçün ulduz falı
25 Yanvar
2019-cu illə olan bürclər. Bu gün bürclər nələr vəd
edir.
Qoç - təşvişə düşməyin, pərişan olmayın.
İşlərinizi kənardan sərt təsirlərdən qoruyun. Kiçik dünyanıza
qapılmamağa çalışın. Başqasına mane olmayın, sizə də maneələr
yaradılmasına imkan verməyin. Özəl və önəmli saydığınız dəyərləri
qoruyun. Əsas prinsip "Mənimdir!" kəlməsi olmamalıdır. Günün ikinci
yarısında bir qədər durun, tənəffüs edin. Alış-veriş üçün pis gün
deyil. Ailə üzvlərinizin qayğısına qalın, həssas olun. Axşam
saatlarını ailəvi istirahətə ayırın.
Buğa - yadları yaşam arealınıza buraxmayın, özünüz
də başqasının fəaliyyət məkanına girməyin. Ətrafınızdakı insanlar
önəm verdikləri nəsnələri qoruyurlar. Yaşananları
dramatikləşdirməyin, amma proseslərin ritm və stilini dəyişmək
imkanlarını da əldən verməyin. Faydasız planları reallaşdırmaq
cəhdlərindən əl çəkib uğur qazanacağınız işlə məşğul olun. Hansısa
avantüraya başlamaq fikriniz varsa, bunu etməyin. İrəliləyə
biləcəyiniz sahəni seçərək işə başlayın.
Əkizlər - sakit və rəvan gündür. Problemlər sizi
nə qədər çox narahat edib təşvişə salırsa, gərginlik bir o qədər
artacaq. Alış-veriş üçün məqbul gün deyil. Bədxərclik etməyin.
Xüsusi maraqların olduğu məkanda ətrafınızdakı insanlarla dil
tapmaq çətinləşir. Fərdi fəaliyyətə üstünlük verin. Nəi isə
alınmırsa, tələsməyin. Gəlir mənbələrinin artırılması və daha az
vaxt sərf edərək işi effektiv etməyin yollarını düşünün. Romantik
maraqlar arxa planda olmalıdır. Sizə ehtiyac duyan insanlara həssas
olun.
Xərçəng - gün ərzində formalaşan situasiyanın
səbəblərini anlamağa cəhd göstərin. Sizinlə eyni obyektə iddialı
olan insanların gizli motivasiyalarını anlaya bilərsiniz.
Enerjinizin təmərküzləşdiyi, amma onun əlverişlilik çərçivəsində
nəzarətdə saxlamağın çətinləşdiyi zamandır. Rabitə və kommunikasiya
vasitəsi ilə problem yarana bilər. Düşünülməmiş addım, ehtiyatsız
açıqlama, anlaşmanın pozulması və ya strateji inkişaf planına
riayətə aqressiv şəkildə nail olmağa can atmaq yolverilməzdir.
Hətta belə çətin energetikadan da kimsə faydalanmağa çalışaraq
hadisələri özü üçün faydalı məcraya çevirmək fikrinə düşəcək. Rəqib
və ya bədxahın səhvindən istifadə edin.
Şir - aktivlik tələb edən gündür. Çoxdan bəri
reallaşdırmağa çalışdığınız planı indi həyata keçirmək olar. Lakin
bununla belə situasiya narahatlıq, yeni problemlər vəd edir. Güclü
emosiyalar istəyirsiniz? Onları alacaqsınız. Planlar, istəklər,
niyyətlər, iradlar və tələblər çoxdur. Dəyişikliklərə gəldikdə isə,
artıq gecdir. İntuisiya güclənəcək. Ətrafınızda qapalı amillər
güclənir. Kiminsə marağı və təsiri hiss olunur. Təmasları
kondominimuma endirin. Sosial şəbəkələrdə sayıq davranın. Oxuyun,
amma mühüm informasiyanı paylaşmayın. Təşviş və nigaranlıqdan
qurtulmaq üçün çalışın.
Qız - fəaliyyətinizin əsas hissəsinin olduğu
məkanda emosiyalarınızı cilovlayın. Köhnə planlara və ideyalara
diqqət yetirin. Həmfikirləri cəlb edə biləcək yeni ideyanı gündəmə
gətirə bilərsiniz. Yaxın ətrafınızdakı insanların fəaliyyətini
pozitiv dəyərləndirsəniz, planlarınıza daha ciddi dəstək ala
bilərsiniz. Gərginləşmədən işləyin. Situasiyanın ağırlaşdığını hiss
etsəniz, problemin səbəbini və ya məhvərini araşdırın. Emosional
davranmayın, faydalı məlumatların mübadiləsindən çəkinməyin.
Qeyri-formal şəraitdə bir çox məsələləri müzakirə etmək olar. Axşam
saatlarında müsbət təmayüllərin təsiri güclənəcək.
Tərəzi - işinizi tələsmədən görün. Yaşamınız və
peşəkar fəaliyyətinizdə yeni uzunmüddətli münasibətlərin əsası
qoyulur. Bir çox məsələlərdə maddi ünsürlər önəmli rol oynayır.
Etibar etdiyiniz, güvəndiyiniz insanlarla əməkdaşlıq daha
önəmlidir. Genişmiqyaslı işləri və ya layihələri təxirə salın. Adət
etmədiyiniz şəraitdəsinizsə və ya şərtlər sizin üçün kritik hal
alırsa, maksimum dərəcədə diqqətli, ehtiyatlı olun.
Fırıldaqçılardan qorunun, təxribatlara uymayın. Sevdiyiniz
insanlarla həssas olun. Yaşam arealı və iş yerinizdə qayda
yaradın.
Əqrəb - diqqət mərkəzindəsiniz. Uğur və
nailiyyətlərinizin sərt paxıllığa səbəb olmamasına çalışın.
Yarışmayın, üstünülklərinizi nümayiş etdirməyin. Enerjiniz başqa
məqsədlər üçün gərəkdir. Adi zamanlardan fərqli olaraq uğurlu
gündür. Ötənlərdəki nailiyyətlərinizdən birinin əks-sədası indi
gündəmə gəlir. Şəxsi münasibətlərdəki problemləri nizamlayın.
Barışıq və güzəştə meylli adam siz olun. Yaşamınızın normal məcraya
düşdüyünü anladığınız zaman situasiyanı çətinləşdirən əlavə şərtlər
peyda olur. Baş verənləri diqqətlə müşahidə edin. Daha çox təcrübə
əldə edin. Sizin üçün önəmli olan insanlarla qarşılıqlı anlaşmaya
nail olun. Şərtlərin diqtə etdiyi işlərlə məşğul olun. Yaxın
gələcəyi tərəfdaşlarla müzakirə edin.
Oxatan - yaşamınızda nə isə tədricən dəyişir.
Yaxşı tanımadığınız insanlarla çox səmimi olmayın. Etiraflar,
planların tələsik paylaşması zamanı deyil. Uğurlarınıza paxıllıq
edən var. İşgüzar tərəfdaşlar və ya işdə həmkarlarla münasibətlərdə
hisslər tarıma çəkilə bilər. İşgüzar və şəxsi münasibətləri
korlamayın. Fəqət sizi ümumi problemlər, maraqlar birləşdirə bilər.
Çətinliklər sizə iş və əməkdaşlığın yeni variantlarına çıxmağa mane
olur. Mühüm xəbərləri gözləyin, sizi narahat edən suallara cavab
arayın. Axına qarşı getməyin. Yaşam qarşınızda ciddi tapşırıqlar
qoymursa, tələsməyin, bir qədər gözləyin. Səhhətinizə fikir
verin.
Oğlaq - yaxın ətrafınızdakı insanların hisslərinə
fikir verin. Dəyər verdiyiniz insanların hisslərinə laqeyd
qalmayın. Müzakirə və tənqidlərə aqressiv yanaşmayın. Suallara
cavab arayın. Məzmunu anlamağa çalışın. İşlər çətinləşərsə,
təkbaşına işləməyə başlayın. Günün ikinci yarısında yorulsanız, bir
qədər relaks prosedurlarına başlayın. Müsbət emosiyalarsız
qalmayın. İndi sakitlik dönəmidir, çünki sabah ağır gün olacaq.
Dolça - baş verənləri həddən ziyadə emosional
qəbul etməyin və gərəksiz olayları sürətləndirməyin. Maraq qorxudan
güclü ola bilər. İdeya, axtarış çox vaxt almamalıdır.
Emosionallığın artması yaşamınızda problemlər yarada bilər.
Müstəqil şəkildə çalışın. Bilik və təcrübəni sistemləşdirin.
Sənədlər, arxivlər, fotolarda qayda yaradın. Qida rasionunuza fikir
verin. Yardımınıza ehtiyacı olan insanlar var. Aqressivlik və
sərtlik heç bir motivasiyası olmayan inciklik yarada bilər.
Hisslərlə maraqları ön plana çıxararaq qarşı tərəfin maraqlarını
qulaqardına vurmayın. İntuisiyanıza inanın. İlkin emosiyalar
hərəkətlərinizi idarə etməməlidir.
Balıqlar - yaxın ətrafınızdakı insanlardan birinin
sirr saxladığı məsələni açmaq, ikibaşlı oyun oynayan şəxsi ifşa edə
bilərsiniz. İntuisiyanız mübhəm şərtləri aşkarlamağa və hadisələrin
inkişaf məcrasını görməyə imkan verir. Zamandan yararlanaraq
münasibətlərdə dəqiqliyə nail olun. Yaxşı tanıdığınız insanlarla,
çoxdankı tərəfdaşlarla, qohumlarla çalışın. Qarşılıqlı anlaşmanın
səviyyəsi yüksəkdir. Ümumi tapşırıqlarınız var. Hərənin öz marağı
olsa da, müəyyən nəticəyə nail olmaq mümkündür. Çətinliklər
yarananda şərtlərə uyğun olaraq hərəkət edin. İllüziyalara və
xəyallara aldanmayın. Emosiyalarla hisslərin sizi yolunuzdan
sapdırmasına imkan verməyin.