Bələdiyyə Məclisinin deputatları hər ay dövlət büdcəsindən 600 lari nə üçün alırlar və nənyə xərcləyirlər
Marneuli Bələdiyyə Məclisinin bütün sıravi üzvləri öz vəzifələrini yerinə yetirmək üçün büdcədən 600 lari alırlar. Həmin məbləği deputatlar əsasən yanacaq, sakinlərlə görüşlərin təşkili və öz vəzifələrini yerinə yetirmək üçün xərcləməlidirlər.

Marneuli Bələdiyyə Məclisinin İnzibati Xidmətinin rəhbəri Nino Beridze bizimlə söhbəti zamanı bildirdi ki, həmin məbləği bütün deputatlar alırlar, lakin onlar dövlət vəsaitini nəyə və nə üçün xərclədikləri ilə
bağlı heç bir hesabat təqdim etmirlər.

“Yalnız deputat səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclər var. Bura nəqliyyat, sənədlərin fotosurətinin çıxarılması, görüşlərin təşkil olunması və ümumiyyətlə hər şey daxildir.” – Nino Beridze deyir.

Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze bizimlə söhbəti zamanı qeyd etdi ki, deputatlar tərəfindən vəsaitin xərclənməsinə nəzarət olunması problemli məsələdir.

“Ay ərzində bir neçə dəfə iclaslara gəlməli olurlar və s. Buradan da orta hesabla məbləğ müəyyənləşdirilib və xərclərin qarşılanması üçün verilir, bu maaş deyil.” – Amiran Qiorqadze deyir.

Nümunə üçün, deputatlardan biri – Mirkazım Yaqubov deyir ki, o, 2018-ci il ərzində müxtəlif infrastruktur layihələr və sakinlərin ümumi problemləri ilə əlaqədar olaraq, Aşağı Saral , Yuxarı Saral, Şulaveri, Araflı, İmir və daha bir neçə kənddə əhali ilə görüşüb və onun üçün ayrılmış 600 larini də məhz bu görüşlərin təşkili üçün xərcləyib.

Təəssüf ki, Yaqubovun dediklərini təsdiqləyəcək heç bir sənədi yoxdur, çünki qanunvericilik və normativ aktlarla səlahiyyətlərin yerinə yetirilməsi üçün ayrılmış məbləğin qeydiyyatı üçün deputatlara heç bir öhdəlik müəyyən olunmayıb. Məhz buna görə də, deputatların büdcədən ayrılmış vəsaiti nəyə xərclədikləri qeyri-müəyyən olaraq qalmaqdadır.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
შინაგან საქმეთა სამინისტროს ცნობით, გარდაბანში ძმამ და მოკლა.
09:45 / 17.05.2024