Meriya "ağıllı kameralar"ın olduğunu bildirən yol nişanlarını almaq üçün 34 540 lari xərcləyəcək
Marneuli miqyasında “ağıllı kameralar”ın quraşdırılması ilə bərabər meriya həmin kameraların olduğunu bildirmək üçün yol nişanlarının alınması ilə bağlı 34 540 lari dəyərində tender elan edib.

Tenderin şərtlərinə görə, qalib gəlmiş şirkət yol nişanlarını müqavilə imzalandıqdan 20 gün ərzində təhvil verməli, nişanların quraşdırılması işləri isə 2019-cu ilin 30 noyabrınadək mərhələli şəkildə həyata keçirilməlidir.

Tenderdə iştirak etmək arzusunda olan
şirkətlər öz təkliflərini 2 fevraldan 4 fevraladək təqdim edə biləcəklər.

Xatırladırıq ki, 2019-cu ildən Marneulidə “ağıllı kameralar”ın quraşdırılmasına başlanılıb. Meriyadan bildirirlər ki, bələdiyyə miqyasında cəmi 201 kamera quraşdırılacaq ki, bunlardan da 85-i texniki baxışdan keçməmiş avtomobilləri seçə biləcək.

Marneulidə “ağıllı kameralar”ın quraşdırılması işləri iyul ayınadək davam edəcək.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər