Tamarisidə cüdo zalının tikilməsi üçün 807 260 lari ayrılıb

Marneuli meriyası Tamarisi kəndində cüdo zalının tikilməsi üçün 870 260 lari dəyərində tender elan edib.

Tenderin şərtlərinə görə qalib gəlmiş şirkət müqavilə imzalandıqdan 210 gün ərzində işləri tamamlamalıdır.

Marneuli bələdiyyəsinin idman məktəbinin direktoru İaqo Naveriani bizimlə söhbəti zamanı bildirdi ki, Tamarisi kəndində idman zalının tikilməsinə həqiqətən ehtiyac var.

“Yalnız Tamarisi kəndi deyil, ümumiyyətlə bütün kəndlərdə cüdo və
digər idman obyektlərinin tikilməsi idmanın inkişafı üçün çox yaxşı olardı və bütün kəndlərdə belə zallar olmalıdır”,
– İaqo Naveriani bildirdi.

Naveriani həmçinin qeyd edir ki, Tamarisidə zalın tikintisi kənddə idmançıların sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq.

Qeyd edək ki, Marneuli bələdiyyəsinin 2019-cu il büdcəsində idmanın inkişafına dəstək üçün 1 441 800 lari nəzərdə tutulub. Marneuli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar Məmmədov bizimlə söhbəti zamanı bildirdi ki, qeyd olunan məbləğ Tamarisidə idman zalı, Saimerloda mini stadion və s. bu kimi infrastruktur layihələr üçün nəzərdə tutulub. Marneuli idman məktəbi üçün isə 1 180 000 lari ayrılıb.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər