Marneulidə nitq və incəsənət dərsləri (VIDEO)
Necə düzgün danışmalısan, necə nəfəs almalısan, sait və samitləri necə mükəmməl tələffüz etməlisən? – “Şəhərin ortasında” (“Şua kalakşi”) serialının aktrisası Tamuna Nikoladze bu gün Marneuli gəncləri ilə məhz bu barədə söhbət etdi.

İctimaiyyətin böyük hissəsinin Tamar Ğlonti kimi tanıdığı Nikoladze bir ay ərzində həftədə bir dəfə olmaqla Marneuli gəncləri ilə görüşəcək.

“Bu insanların daha da mədəni
və daha da savadlı olması üçün çox gözəl təbliğatdır”,
– Tamuna Nikoladze deyir.

Aktrisa Marneuliyə “Mədəniyyət Mərkəzi”nin yeni layihəsi çərçivəsində səfər edib. Həmin layihənin məqsədi gənclərin maarifləndirilməsi, dünya görüşlərinin artırılması, incəsənətin təbliği və həyatın rəngarəngləndirilməsidir.

Düzdür, layihə bir ay davam edəcək və nitq mədəniyyətinin belə qısa müddətdə öyrənilməsi demək olar ki, mümkün deyil, lakin Nikoladze ümid edir ki, onun mühazirələri gənclərə düzgün istiqamət verəcək.

“Mən hər-halda ümid edirəm ki, gənclərdə çox maraqlı təməl yaradacağam, düzgün istiqamətləndirəcəyəm və bu istəkli və müasir düşüncəli gənclərin bu məşqləri evdə də davam etdirəcəyinə böyük ümidim var. Bu isə onlara bütün həyatlarında lazım gələcək”, – Tamuna Nikoaldze dedi.

Layihə iştirakçılarına incəsənət sahəsində fəaliyyət göstərən məşhur şəxslərlə görüşmək, kino sənəti, opera, balet, təsviri incəsənət, teatr kimi incəsənət sahələri ilə tanışlıq, nitq mədəniyyəti və səslərin düzgün tələffüzü kurslarına qatılmaq imkanı yaradılır. Tamuna Nikoladzedən başqa Marneuli gənclərinə İncəsənət Elmləri Doktorları Laşa Çxartişvili və Lela Oçiauri də mühazirələr oxuyacaqlar.

“Düşünürük ki, bu layihə ilə layihədə iştirak edən hər bir vətəndaş mühüm biliklərə nail olacaqlar. Onlar elmi dünyagörüşlərini genişləndirəcəklər və çox maraqlı və yaxşı məlumatlara nail olacaqlar”, – Marneuli bələdiyyəsi “Mədəniyyət Mərkəzi”nin direktoru Nato Şavişvili deyir.

“Mədəniyyət Mərkəzi”nin direktoru deyir ki, layihədə 12 ya.dan yuxarı istəyən şəxs iştirak edə bilər.
Mühazirələr hər bazar ertəsi, çərşənbə və cümə günləri saat 13:00-da, Marneuli İctimai Kitabxanasında keçirilir.

Print Email
FaceBook Twitter Google