Marneulidə "donuz qripi"ndən bir nəfər ölüb
Marneulidəki Aversi klinikasında 55 yaşlı kişi H1N1 virusundan dünyasını dəyişib. O, iki həftə idi ki, süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə idi.

Marneuli İctimai Səhiyyə Mərkəzinin direktoru Eter Laperadzenin dediyinə görə, həmin şəxsdə “donuz qripi” ilə bərabər bir neçə xroniki xəstəlik də olub ki, buna görə də xəstə virusa tab gətirə bilməyib və dünyasını dəyişib.

Laperadzenin bildirdiyinə görə,
Marneuli miqyasında virusla mübarizə üçün Tamiflu preparatından istifadə olunurdu.

“Bütün xəstəxanalar, kənd həkimləri və stasionar müalicə mərkəzlərinə virus əleyhinə Tamiflu preparatı verilmişdi, Marneulidə problem yox idi. Preparatı əvvəlcə bizim xidmət verirdi, daha sonra 3 əczaxana – PSP, Aversi və Farmadepoya da həmin preparat verildi. Buna baxmayaraq ağırlaşmalar olur. Bu halda da bir nəfər qripə yoluxub, ağırlaşma baş verib və dünyasını dəyişib”, – Eter Laperadze deyir.

Marneuli miqyasında ümumilikdə laboratoriya tərəfindən təsdiqlənmiş 7-8 “donuz qripi”nə yoluxma halı qeydə alınıb.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər