Marneulinin bələdiyyə məclisi aparatına yeni şöbə əlavə olunur

Marneuli bələdiyyə məclisi aparatına katiblik şöbəsi əlavə olunur. Bu haqda məlumat bu gün, 8 fevralda baş tutan bələdiyyə məclisi iclasında səsləndi.

Bələdiyyə məclisi aparatının sədri Nino Beridzenin dediyinə görə oxşar şöbə meriyada əvvəllər də olub.

“Katiblik var idi amma hüquqi şöbənin yaradılması məsələsi qaldırıldıqda optimizasiya məqsədi ilə vacib hesab etdilər və katiblik təşkilatçılıq şöbəsinə birləşdirildi. İndi
onun bölünməsi baş verir. Yalnız bir nəfərin artırılması lazım olacaq və o, katibliyə rəhbərlik edəcək. Digər iki əməkdaş isə təşkilatçılıqdan katibliyə keçəcək”
- Nino Beridze deyir.

Beridzenin sözlərinə görə, katibliyin öhdəliyi bələdiyyə məclislərinin təşkil edilməsi olacaq (xəbərdarlıq, texniki tərəf, protokolların hazırlanması, layihələrin analiz edilməsi və paylanması).

Katiblik şöbəsinin rəhbəri üçün müsabiqə yaxın gələcəkdə elan olunacaq və əmək haqqı 1800 lari təyin ediləcək.
Bələdiyyə məclisinin iclasında yeddi məsələ müzakirə olundu və deputatlar yeddi məsələ ilə bağlı müsbət qərar qəbul etdilər.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər