Tsereteli sakinləri ayinlər evində ayaqyolunun qurulması layihəsini dəstəkləyib
Tseretelidə “kənd yığıncağı” baş tutub. 200-dən artıq insan toplantıda iştirak edib.

Bu gün, 10 fevralda görüş saat 12:00-da baş tutmalı idi, amma əhalinin yetərli sayı, 200 nəfər görüşdə iştirak etmədi. “Kənd yığıncağı” Tseretelidə bu gün baş tutmaya bilərdi, ancaq ilk görüşdə iştirak edən vətəndaşlar əhalini toplamağı öz üzərlərinə götürüblər.

Bugünkü görüşdə əhali hansı layihənin həyata keçirilməsini dəstəklədiyinə
qərar verməli idi.

Tsereteli əhalisi ayinlər evində ayaqyolunun qurulması layihəsini dəstəklədi.

Xatırladaq ki, 2019-cu ildə Tseretelidə “Kənd yığıncağı” ikinci dəfə keçirildi. İlk görüş 22 yanvarda əhalinin az sayda iştirakına görə baş tutmayıb.

Kəndin ümumi toplantıları Gürcüstanın regionlarında həyata keçiriləcək fonddan “Kəndə dəstək proqramı” çərçivəsində maliyyələşdirilən layihələrin seçilməsi məqsədi ilə keçirilir.

Proqram çərçivəsində Tsereteliyə 20 000 lari ayırılıb.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər