Saimerloda "Kənd yığıncağı" ikinci cəhddə baş tutub
Bu gün, 10 fevralda Saimerloda “kənd yığıncağı” baş tutub. Yığıncaqda 202 nəfər iştirak edib.
Yığıncaqda müzakirə üçün 3 məsələ təqdim edilib. Əhalinin seçimi daxili kanalların təmizlənməsi yollara xır tökülməsi və ayinlər evində mətbəxin qurulması arasında olub.

Saimerlo sakinləri ayinlər evi üçün mətbəxin qurulmasını dəstəkləyiblər.

“Kənd yığıncağı” Saimerloda ikinci dəfə keçirilib. 22 yanvarda əhalinin az olmasına görə toplantı pozulub. Kənddə
toplantıda 200 nəfər iştirak etməli idi, ancaq təqribən 50 nəfər iştirak edib.

Kəndin ümumi toplantıları Gürcüstanın regionlarında həyata keçiriləcək fonddan “Kəndə dəstək proqramı” çərçivəsində maliyyələşdirilən layihələrin seçilməsi məqsədi ilə keçirilir.

Proqram çərçivəsində Saimerloya 20 000 lari ayırılıb.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər