Meriya 13 avtobusun təmiri və texniki xidmətləri üçün 40 677 lari xərcləyəcək
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi 13 avtobusun təmiri və texniki xidmətlər üçün tender elan edib.
Tenderin qiymətlər siyahısının cəmi, yəni 13 maşının hər biri üçün ehtiyat hissələrin alınması və təmiri üçün nəzərdə tutulan məbləğ 504 363 laridir. Satınalma obyektinin müqavilə dəyəri isə 40 677 laridir.

Tenderdə qalib gəlmiş şirkət meriyanın tələblərinə əsasən aşağıdakı işləri yerinə yetirməlidir:
  • Ehtiyat hissələrin
    təmiri və/və ya dəyişdirilməsi;
  • Sürtgü yağlarının dəyişdirilməsi;
  • Kompüter diaqnostikası;
  • Diaqnostika (hərəki hissələr, mühərrik, güc aqreqatları, korpus);
  • Təkərlərin sökülüb-quraşdırılması, təmiri-tarazlaşdırılması;
  • Təkərlərdə olan maililiyin (razval) düzəldilməsi;
  • Alüminium və dəmir hissələrin təmiri;
  • Salonun təmiri (torpedo, qapılar, yük yeri, tavan və s.);
  • Elektrik işləri;
Tenderdə iştirak etmək istəyən şiekətlərtəkliflərini 16-18 fevral tarixlərində verə bilərlər.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər