FOTO - Məktəbə gedən təhlükəli yol – valideynlər bələdiyyədən yardım tələb edirlər


Röyal Qarayev Kirəç Muğanlı kəndinin 7-ci sinif şagirdidir. Dərsin saat 9-da başlamasına baxmayaraq o, hər gün səhər saat 7:30-da qalxmalı olur. Kəndin məktəbinin uzaq olduğuna görə o, məktəbə asan və tez şəkildə getməsi üçün kənddən Marneuliyə gələn bələdiyyə avtobusundan istifadə edərək saat 8-də məktəbə gedir.

Bələdiyyə avtobusunun olmadığı zamanlar isə onu atası şəxsi avtomobili ilə
dərsə aparır və ya piyada getməli olur. O, magistral yoldan istifadə edərək 30 dəqiqə ərzində məktəbə gedib çatır. Kirəç Muğanlı kəndi sərhəddə yaxın olduğundan bu kənddə avtomobillər daha sıx və sürətli şəkildə hərəkət edirlər. Magistral yolun ensiz olması və piyada zolağının olmaması Röyal üçün təhlükə yaradır.

Röyalın və digər şagirdlərin valideyinlər hər səhər uşaqlarını qorxu ilə yola salırlar. Bu səbəbdən valideyinlər uşaqlarını özləri aparmağa üstünlük verirlər. Qurbanəliyeva Zenfira 3 nəvəsini hər gün piyada məktəbə yola salmalı olur.

2017-ci ilin aprel ayında diqqətsizlikdən və avtomobilin yüksək hərəkət etməsi səbəbindən 1 nəfər məktəblinin həyatını itirməsini xatırladan Zenfira eyni hadisəsinin təkrarlanmasını istəmir.

İctimai nəqliyyatın normal qaydada işləməməsi, yolun təhlükəli olmasından dolayı valideyinlər düşünürlər ki, şagirdlər üçün ayrıca avtobusun olması vacibdir. Belə olduğu halda onlar rahat şəkildə uşaqlarını məktəbə göndərə biləcəklər.

Valideyinlərin müraciətinə əsaslanaraq biz Marneuli Resurs mərkəzinin direktoru Kənan Ömərovla əlaqə saxladıq.
O, bildirdi ki, valideyinlər ərizə yazıb imza toplayaraq məktəbə müraciət etməlidirlər.

Məktəbdən isə ərizə təsdiqlənərək ictimai nəqliyyatın ayrılması üçün 2 nüsxə olmaqla biri Resurs mərkəzə digəri isə bələdiyyəyə çatdırılmalıdır.


 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər