Fiziki imkanları məhdudiyyətli olan şəxslər bələdiyyə nəqliyyatı ilə pulsuz hərəkət etməlidirlər – Əhməd İmamquliyev

Marneulidə yaşayan fiziki imkanları məhdudiyyətli olan şəxslərin ehtiyacları ilə bağlı bu gün, 12 fevralda Marneuli Mülki Məşğulluq Mərkəzində görüş baş tutdu.

Görüşdə Marneulidə yaşayan fiziki imkanları məhdudiyyətli olan şəxslər, merin müavini Laşa Lobjanidze, parlament üzvü Mahir Dərziyev, bələdiyyə məclisinin üzvü Əhməd İmamquliyev, QHT sektorunun nümayəndələri və başqa maraqlanan şəxslər iştirak edirdilər.

Görüş iştirakçıları Marneuli və Gürcüstanda həyata keçirilən
sosial proqramları müzakirə etdilər.

Marneulinin mer müavini Laşa Lobjanidze bizimlə söhbət zamanı dedi ki, əhali tərəfindən qaldırılan problemlərə maksimum cavab verilib, amma problemlərin həlli üçün addımların atılmasına yenə də ehtiyac var.

“Elə məsələlər var ki, sosial proqramları formalaşdırmağa ehtiyac duyulur. Təfərrüatlı araşdırma aparılmalıdır ki, oların tələbi nədir və buna əsasən bələdiyyə büdcədə vəsaitləri nəzərə almalıdır” - Laşa Lobjanidze deyir.

Görüş iştirakçıları problemi məsələlərdən biri olaraq bələdiyyə nəqliyyatının adaptasiya olmamasını qeyd ediblər və bununla bağlı Lobjanidze deyib ki, meriya məsələ ilə bağlı çalışır və onlar bugünkü tələblərə və problemlərə cavab verməlidirlər.

Bələdiyyə nəqliyyatı ilə bağlı bələdiyyə məclisinin üzvü Əhməd İmamquliyevin də təşəbbüsü var idi və görüşdə səsləndirdi.

“Tələb etdik ki, meriya bələdiyyə məclisinə təklif daxil etsin ki, fiziki imkanları məhdudiyyətli olan şəxslərin ailəsinə Marneuli bələdiyyəsinin ictimai nəqliyyatından pulsuz istifadə etmək imkanı verək. Bu onlar üçün güzəştlərdən biri olardı” - Əhməd İmamquliyev deyir.

İmamquliyev bizimlə söhbətində fiziki imkanları məhdudiyyətli olan şəxslərə sosial yardımla bağlı da danışdı. Onun sözlərinə görə bələdiyyənin mərkəzi hökumətlə sıx əlaqəsi olamlıdır ki, bələdiyyədə nəqliyyat sayı çoxalsın.

“Bələdiyyədə büdcə 30 milyon laridir və ikinci bələdiyyədə də məhz bu qədər məbləğ var, ancaq əhalinin sayı birində 140 000, digərində 40 000-ə qədər nəfərdir. Bundan dolayı hakimiyyət bizə daha çox nəqliyyat ayırmalıdır ki, insanların firvana yaşamasına sərf edək” - Əhməd İmamquliyev deyir.

İmamquliyev qeyd etdi ki, dövlət nəqliyyatları bu gün əmək haqlarının və iş yerlərinin sünii artırılmasına xərclənir.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər