Bələdiyyə məclisi Abazovun istefa arayış şəklində sabah qəbul edəcək
Temur Abazovun Marneuli merinin vəzifəsini tərk etməsi ilə bağlı ərizəsini bələdiyyə iclası sabah saat 11:00-da qəbul edəcək. Bu haqda məlumatı Marneuli bələdiyyə məclisi aparatının rəhbəri Nino Beridze verib.

Beridzenin sözlərinə görə bələdiyyə məclisinin növbədən kənar iclası sabah baş tutacaq.

Temur Abazov istefası ilə bağlı ərizəni bələdiyyə məclisinə dünən, 2 fevralda daxil edib. Prosedur olaraq Marneuli bələdiyyə məclisi onun ərizəsini
qəbul etməlidir və nəticədə Abazovun səlahiyyətləri dayandırılmalıdır.

Abazovun səalhiyyətlərinin dayandırılmasından sonra mərkəzi seçki komissiyası növbədən kənar seçkilərin tarixini təyin edəcək. Nəticədə isə Marneuli yenə seçkiqabağı kompaniyaya qoşulacaq.

Abazovun vəzifəsini 15 fevrala qədər tərk etdiyinə görə mer seçkiləri 2019-cu ilin may ayında keçiriləcək. Ola bilsin onun qərarı bu tarixlə də əlaqədardır. Çünki Gürcüstan seçki məcəlləsinə əsasən əgər mer səlahiyyətlərini 15 iyuldan 15 fevrala qədər dayandırıbsa növbədən kənar seçkilər yaxın may ayında keçirilməlidir. Əgər Abazov ərizəni 15 fevraldan sonra yazsaydı seçkilər oktyabrda baş tutacaqdı.

Abazov vəzifəsini tərk etməsi ilə bağlı ərizəni 12 fevralda Marneuli bələdiyyə məclisinə daxil edib və bələdiyyə məclisi onu arayış olaraq qəbul etməlidir.

İlk əvvəl bələdiyyə məclisi 13 iyunda prokurorluq tərəfindən Elçin Allahevrdiyevə qarşı təhqiredici və qeyri-insani rəftarda ittiham olunan zaman onun hüquq-öhdəliklərini dayandırıb.

Abazov yeddi ay rzində həbsdə olub. Dekabrda məhkəmə onu girov qarşılığında azad edib. Məhkəmə prosesi hələ də davam edir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər