"Demək olar ki, 99% gürcüyəm" - Mixail Saakaşvili genetik testin nəticələrini yayımlayır
Mixail Saakaşvilinin sözlərinə görə o, Amerikada genetik testdən keçib. Test nəticəsində məlum olub ki, o, gürcüdür. Bu haqda o, Facebookda yayımlanmış paylaşımda qeyd edib.

“Məndə bir damcı da olsun qeyri-gürcü qanı yoxdur” – maraq mənə üstün gəldi və Amerikada çox məşhur olan genetik test keçdim. Demək olar ki, 99% gürcü və 1% yunan olduğum məlum oldu” - Gürcüstanın
keçmiş prezidenti yazır.

Saakaşvilinin izahatına görə keçirilən test aşkar edib ki, onun əcdadları minilliklər ərzində başqa regionun əhalisi ilə əlaqə qurmayıb.

“Bu tədqiqata əsasən İran və Türkiyə Gürcüstanla yalnız iki ölkədə çox sayda tarixi gürcünün olmasına görə əlaqəlidir” – Mixail Saakaşvili yazır.

Onun sözlərinə görə o, bütün qonşulara hörmət edir və “əlbəttə Gürcüstanın bütün etnik mənşəli vətənpərvərlərini sevirəm”, ancaq onu başqa etnosa aid edən hər kəsi həmin testdən keçməyə çağırıb.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google