Quşçu sakinlərinin susuzluqla 20 illik mübarizəsi başa çatacaq
Marneuli rayonun Quşçu kənd əhalisi “Kəndlərə dəstək” proqramı çərçivəsində onlara ayrılan pulun içməli suya xərclənməsini tələb ediblər. Kənd əhalisi bunu “kənd yığıncağı” zamanı yerli hakimiyyət nümayəndələri ilə görüşü zamanı qeyd ediblər. Kənd sakinlərinin sözlərinə görə, onlar içməli su problemindən əziyyət çəkirlər.

İllərdir ki, onlar içməli su ehtiyacını çay kənarından yerləşən bulaqlardan, su quyularından gətirərək qarşılayırlar. Kənd sakinləri
deyir ki, 15-20 il bundan qabaq onlar öz hesablarına Babakər dağından su xətti çəkiblər. İndi isə həmin borular köhnəlib və tez-tez sıradan çıxır. Sıradan çıxan boruları isə öz hesablarına təmir edirlər.

Kənd sakinləri onu da bildirirlər ki, su xəttinin tez-tez sıradan çıxma səbəblərdən biri də həmin su boruların əkin sahələrinin ərazisindən keçməsidir.

Quşçu əhalisi ilə “kənd yığıncağı” çərçivəsində görüş bir neçə həftə əvvəl baş tutub. Əhali isə əsas problem olaraq içməli su probleminin həll olunmasını tələb edib.

Meriyadan işlərin həyata keçirilməsi tarixini konkret qeyd etmirlər. Ancaq deyirlər ki, kəndlərdə layihələr 2019-cu ildə yerinə yetirilməlidir.



Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər