EMC Marneuli Bələdiyyəsini azlıqların dilində tərcümə materialları yaratmağa səsləyir
İnsan Hüquqlarının Öyrənilməsi və Monitorinqi Mərkəzi (EMC) Marneuli Bələdiyyəsi tərəfindən milli azlıqların dilində ictimai məlumatın tərcümə siyasətinin və resurslarının olmaması probleminə toxunur və Marneuli meriyasını beynəlxalq müqavilələr və milli qanunvericiliklə nəzərdə tutulmuş öhdəlikləri layiqincə yerinə yetirməyə səsləyir.

Marneuli Radiosu tərəfindən paylaşılan məlumatın, həmçinin Marneuli Bələdiyyəsi meriyasının rəsmi veb səhifəsininFacebook səhifəsinin analizi göstərir ki, kommunikasiyanın bu platformaları iki dildə
deyildir və bununla yanaşı, informasiyanın milli azlıqların dilinə tərcümə olunması başqa formada da həyata keçirilmir. Üstəlik, bölgədə EMC-nin apardığı işlər nəticəsində görünür ki, Bələdiyyənin meriyasının tərcüməçi resursu mövcud deyildir və bunun nəticəsində yerli azərbaycandilli icma ərizələr/şikayətlər və digər sənədlərlə öz dillərində müraciət edə bilmirlər və müvafiq olaraq, tərcümə olunmuş ictimai məlumat əldə edə bilmirlər.

Marneuli Bələdiyyəsində milli azlıqlar əksəriyyəti təşkil edirlər ki, bu da Marneulinin ümumi əhalisinin 83-84%-ni təşkil edir. Nəzərə almaq lazımdır ki, dövlət dilini bilmə səviyyəsi etnik azərbaycanlı icmasında kifayət qədər aşağıdır ki, bu da çoxsaylı araşdırmalarla dəfələrlə öz təsdiqini tapmışdır[1]. Marneuli Bələdiyyəsi meriyası tərəfindən informasiyanın yalnız dövlət dilində yayımlanması dövlətin pozitiv öhdəliklərinin pozulmasıdır ki, bu öhdəlikləri də dövlət həm beynəlxalq səviyyədə, eləcə də milli qanunvericiliklə boynuna götürübdür.

İctimai müəssisələrlə kommunikasiyanın/müraciətin rəsmi dilini müəyyən etmək məsələsində dövlətin sərbəst olmasına baxmayaraq, milli azlıqlarla münasibətdə bu insanlarla və inzibati orqanlar arasında münasibətlərdə milli azlıqların dilindən istifadə etmək haqqında dövlətin pozitiv öhdəliyi vardır.

Bu öhdəliyi üzv ölkələrə “Milli azlıqların qorunması haqqında” çərçivə konvensiya müəyyən edir ki, bu da Gürcüstanla münasibətdə 2006-cı ildən qüvvədədir. Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən, milli azlıqların nümayəndələrinin ənənəvi olaraq və ya çoxlu sayda yaşadıları inzibati vahidlərdə dövlət orqanları dövlət orqanı və milli azlıq nümayəndə şəxsi arasında milli azlığın dilindən maksimal istifadə etməlidir.

Bununla yanaşı, dövlət orqanları ilə münasibət zamanı milli azlıqların nümayəndələrinin linqvistik hüquqlarını Gürcüstanın “Dövlət dili haqqında” orqanik qanunu da tənzimləyir. Bu qanuna əsasən, milli azlıqların nümayəndələrinin kompakt yaşadıqları bələdiyyələrdə dövlət milli azlıqlara aid olan şəxsin dövlət və yerli özünüidarəetmə orqanları ilə milli azlıqların dilində tərcüməçi vasitəsilə münasibət qurmağı təmin edir (Maddə 9.3). Həmçinin, bu qanunun 11-ci və 12-ci maddələri milli azlıqların dilində təqdim edilmiş ərizələrin, şikayətlərin və onlara verilən cavabın, həmçinin dövlət və yerli özünüidarəetmə orqanı tərəfindən qəbul olunmuş normativ aktların azlıqların dilinə tərcümə olunmasını dövlətə həvalə edir.

Həm beynəlxalq, həm də milli qanunvericilik onu göstərir ki, dövlət milli azlıqların tarixən və çox sayda yaşadıqları ərazi vahidlərinin dövlət və yerli inzibati orqanları ictimai məlumat üçün nəzərdə tutulmuş ərizələrin, bildirişlərin, başlıq yazılarının, plakatların, lövhəciklərin, reklamın və digər vizual informasiyanın mətnini dövlət dili ilə yanaşı milli azlıqların dilində də yerləşdirməyə məcburdur.[2]

Linqvistik hüquqlar nöqteyi – nəzərindən özünüidarəetmə orqanı tərəfindən pozitiv öhdəliklərin pozulması etnik azlıqların sosial, siyasi və mədəni iştirakına təsir göstərir və onların izolyasiya və kənarda qalmalarını daha da dərinləşdirir. Milli azlıqlar qrupunda dövlət dilinə dəstək siyasəti onlara kənarlaşdırıcı təsir göstərməməli və dövlətlə baza kommunikasiyası imkanlarını onların əllərindən almamalıdır. Xüsusilə, yerli özünüidarəetmə səviyyəsində tərcümə resurslarının olmaması problemdir ki, bu zaman yerli özünüidarəetmə siyasi hakimiyyətin ilk həlqəsidir və yerli səviyyədə demokratik siyasətin yürüdülməsi və yerli ehtiyacların həll edilməsinə məsuldur. Bu kimi yanaşma inteqrasiya prosesini nisbi olaraq çətinləşdirir və milli azlıqların təməl hüquqlarının heçə sayılması deməkdir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Marneuli Bələdiyyəsinin meriyasını aşağıdakıları təmin etməyə səsləyirik:

  • Yerli səviyyədə azərbaycan dilində tərcümə resurslarının yaradılması və inzibati iş aparılması zamanı dövlət dilini bilməyən vətəndaşlar üçün şikayətlərin, ərizələrin və digər növ sənədlərin, həmçinin inzibati orqanın qərarlarının və ictimai məlumatın onların dilinə tərcümə olunaması;

  • Rəsmi veb – səhifənin və Facebook səhifəsinin iki dildə (Gürcü və azərbaycan dillərində) paylaşılması və ona kimi informasiyanın başqa fprmada azərbaycan dilində yayımlanmasının təmin edilməsi;

  • Vacib normativ sənədlərin, həmçinin siyasət sənədlərinin azlıqların dilində tərcümə edilməsi və təşviqinə dəstək olmaq.

EMC qeyd olunan problemlə bağlı yerli hakimiyyətlə görüşməyi planlaşdırır və lazım olduğu halda yerli əhalinin hüquqlarının qorunması üçün hüquqi mübahisələr başlayacağını istisna etmir.

[1] Strateji hüquq tətbiqi yolu ilə azlıqların hüquqlarının yaxşılaşdırılması: LİNKƏ DAXİL OLUN

Kvemo Kartli əhalisinin sosial – iqtisadi vəziyyəti və yanaşalarının öyrənilməsi, Sosial Arşdırmalar və Analiz İnstitutu,2011. Əlçatandır: LİNKƏ DAXİL OLUN

[2] Dövlət dili haqqında qanunun 24-cü maddəsi; Milli azlıqların qorunması çərçivə konvensiyası – Maddə 10(2).

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər