Sabirkənd məktəbinin bərpasına 2020-ci ildə başlanılacaq
Marneuli bələdiyyəsi Sabirkənd ictimai məktəbin şagirdləri Algeti məktəbinə gedirlər. Sabirkənd məktəbi tamamilə yararsız hala düşüb və burada təhsil prosesi dayandırılıb.

Marneuli Təhsil Resurs-Mərkəzinin rəhbəri Kənan Ömərov bizimlə söhbəti zamanı bildirdi ki, qeyd olunan məktəbin sökülməsi və yenidən tikilməsi prosesi 2020-ci ildən başlayacaq. Ömərov məktəbin tikilməsi prosesinin nə
zaman tamamlanacağının isə hələ ki dəqiq məlum olmadığını bildirdi.

Sabirkənd ictimai məktəbində 400-dək şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 54 müəllim məşğul olur.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər