Novruz Bayramının keçirilməsi üçün elan olunmuş 16 385 lari dəyərindəki tender ötən ildən fərqlənir
Marneuli bələdiyyəsi artıq Novruz bayramını qeyd etmək üçün hazırlıqlara başlayıb. 21 martda Marneulidə Novruz bayramı ilə əlaqədar təntənəli tədbir keçiriləcək. Tədbirin təşkil olunması üçün yerli özünüidarəetmə 16 385 lari xərcləyəcək.

Bayram Marneulidə illərdir ki, qeyd olunur. Konsert, müğənnilər, oyunbazlar, səhnəciklər və.s. hər Novruzda qeyd olunan elementlərdir.

Keçən il meriya Novruz bayramının qeyd olunması üçün 19 228 larilik tender elan etmişdi, Ötən illə müqayisədə bu il tender şərtlər müəyyən qədər dəyişdirilib.

Bələdiyyə tərəfindən
elan olunan tenderə əsasən bu il tədbiri bir azərbaycanlı oğlan və bir gürcü qız aparacaq. 2018-ci ilin tender sənədlərində aparıcının milləti qeyd olunmamışdı. Eləcə də onların yaşı da qeyd edilməmişdir. Bu il qadın 30-dan 35 yaşa qədər, ixtisasca jurnalist və ya aktrisa, radio və ya televiziyada müəllif verlişinin aparıcısı, analoji tədbirlərdə aparıcılıq təcrübəsi olmalıdır. Kişinin yaşı isə 35-dən 40-a qədər müəyyən edilib. Teatr aktyoru və ya rejissor, azərbaycan və gürcü dillərini tam şəkildə bilən olmalıdır. Serial və reklam çarxlarında iştirak etməsi müsbət dəyərləndiriləcək. O, da həmçinin analoji tədbirlərin aparıcılıq təcrübəsinə malik olmalıdır.

Keçən ildən fərqli olaraq 2019-cu ildə tədbirlərdə kvartet “Forte” iştirak etməyəcək.

Konsertdə 3 fərdi ifaçı, üçü də azərbaycanlı və 30-dan 35 yaşa qədər olan oğlan iştirak edəcək. Onlardan biri mütləq repçi olmalıdır, həmçinin 30-dan 40 yaşa qədər gürcü qadın da ifa edəcək.

Bayrama xas olan səhnəciklərdə iştirak etmək üçün 3 aktyor nəzərdə tutulub, onlar Novruz bayramının personajları “kosa, keçəl və Dədə Qorqud”u təsvir edəcəklər.

Keçən il olduğu kimi səhnəciklərdə 4 animator “Oçopexi” iştirak edəcək. Onlar yerin 4 ünsürünü hava, torpaq, su və odu təsvir edəcəklər.

Marneuli meriyası tenderi 25 fevral tarixində elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 3 martdan 5 marta qədər olan dövrdə öz təkliflərini irəli sürə bilərlər.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər