Bələdiyyə Məclisində maaşı 1800 lari olan vəzifəni tutmaq üçün 17 ərizə daxil olub
Bələdiyyə Məclisi Aparatının katiblik şöbəsinə rəhbər qəbul etmək üçün müsabiqə elan olunub. Marneuli Bələdiyyə Məclisi vakansiyanı www.hr.gov.ge-də yayımlayıb. Ərizəni artıq 17 namizəd doldurub.

Vakansiyadan məlum olur ki, katiblik şöbəsinin rəhbərinin əmək haqqı 1800 lari olacaq. Vacib tələblərdə iki illik iş təcrübəsi və bakalavr dərəcəsi qeyd olunub.

Katiblik şöbəsinin rəhbərinin əsas funksiyaları:

-Səmərəli ünsiyyət və danışıqlar aparmaq qabiliyyəti;
-Geniş düşüncə
qabiliyyəti;
-Struktur və fərdi məqsədləri müəyyən etmək qabiliyyəti
-Dəyişikliklərlə bağlı təşəbbüskarlıq və idarə etmək qabiliyyəti
-İclas və görüşlərin idarə olunması qabiliyyəti
-Məmur peşəsinin inkişafı, qiymətləndirilməsi və motivasiyası qabiliyyəti
-Problemin həlli və münaqişələrin idarə edilməsi qabiliyyəti
-Komandanın inkişaf etdirilməsi qabiliyyəti

Marneuli Bələdiyyə Məclisi Aparatının rəhbəri Nino Beridzenin bizimlə söhbəti zamanı dediyinə görə, müvafiq şöbə meriyada əvvəl də fəaliyyət göstərib.

“Katiblik var idi, ancaq məsələ hüquqi şöbənin yaradılmasına qalanda optimallaşdırma məqsədi ilə vacib hesab etdilər və təşkilatçılıq şöbəsi katibliklə birləşdi. İndi onu ayırırlar. Yalnız bir nəfər əlavə olunacaq və katibliyə rəhbərlik edəcək. Qalan iki əməkdaş təşkilatçılıqdan katibliyə keçəcək” - Nino Beridze deyir.

Beridzenin sözlərinə görə katibliyin öhdəliyi bələdiyyə məclisinin iclaslarının təşkil edilməsi olacaq (xəbərdarlıq, texniki işlər, protokolların tərtibi, layihələrin araşdırılması və ayrılması).

Vakant yeri tutmaq üçün namizədlər üç mərhələni keçəcəklər:

1.Seçim
2.Şifahi tapşırıq
3.Söhbətləşmə

Açıq müsabiqəyə 7 marta qədər ərizə ilə müraciət etmək olar.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər