Ortacalada yerləşən 12-ci həbsxana bağlanıb
Ortacalada yerləşən 12-ci penitensiar müəssisə bağlanıb. Buna səbəb olaraq penitensiar xidmət binanın qəzalı vəziyyətdə olmasını qeyd edir. Buna görə məhbuslar cəzanı ağır şəraitdə çəkməli olurlarmış.

Müəssisənin məlumatına görə 12-ci penitensiar müəssisə bundan sonra Rustavidə olacaq. Ortacalada cəza ödəyən 248 məhbusu isə cəzasını çəkmək üçün 16-cı müəssisənin ərazisində olan, 309 şəxs üçün nəzərdə tutulmuş yeni korpusa yerləşdiriblər.

Xidmət yayılan
bəyanatda yazır ki, 12-ci müəssisədən məhbusları apardıqları yeni müəssisəni qurmaq üçün işlər 2017-ci ildə başlayıb və binanın bərpası işləri aparılıb.

Penitensiar xidmət bildirir ki, 16-cı müəssisədə 132 video izləyici kamera montaj olunub, müəssisənin yeməkxanası yenidən qurulub və müasir aparatlarla, müvafiq mebel və ləvazimatlarla təchiz edilib. Eləcə də üç istintaq otağı qurulub, bütün otaqlar müvafiq ofis və başqa inventarla təchiz olunub. Məhbuslar üçün ayrılmış ümumi sahədə isə televizorlar montaj edilib.

12-ci müəsisəyə isə bildirirlər ki, bina barak tipli imiş və kameraların böyük hissəsində ayaqyolu yox idi. Yeməkxana da mövcud deyilmiş və buna görə məhbuslar kameralarda yemək yeyirlərmiş. Yuxarıda qeyd olunanlardan dolayı həbsxananın administrasiyası binada sanitar-gigiyenik normaların qorunmasını təmin edə bilmirmiş. Tibbi hissə iki otaqda yerləşdirilibmiş və buan görə də tibbi heyət məhbuslara müvafiq tibbi xidmət göstərə bilmirlərmiş. Həmçinin, kitabxana və görüş otaqları da pis vəziyyətdə imiş.

İndi 12-ci müəssisənin yerləşdirildiyi Rustavidə yerləşən bina isə penitensiar müəssisənin məlumatına görə bütün müasir standartları qane edir.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google