Parkinqin saatlıq dəyəri, güman ki, ən az 50 tetri olacaq
Parkinqin saatlıq dəyəri, güman ki, ən az 50 tetri olacaq. Bu haqda İPN-ə Tbilisinin vitse-meri İrakli Xmaladze bildirib. Ancaq qeyd olunan verginin daha da bahalaşmasını da istisna etməyib.

Onun izahatına görə parkinq üçün saatlıq vergi sistemi 1 iyuldan Leselidze küçəsi ilə başlayacaq.

“Bu mövzuda bələdiyyə məclisində bu həftə görüşümüz olacaq. Bələdiyyə məclisinin nəqliyyat komissiyası və ya
sədr tədbir keçirəcək. İstəyirəm ki, orada mütəxəssislər də iştirak etsin və qərar verək ki, zonal parkinq dəyəri ilə bağlı hansı pillələrlə gedək. Mənim ideyam belədir ki, minmal dəyər olaraq 50 tetridən təyin edək, amma bir neçə ölkədə çalışan unikal tarif yoxdur. Bir tarif bütün Tbilisidə da çalışmayacaq. Hər küçənin öz spesifikası var. Hər yerdə tələblər başqadır. Ona görə də minial tarif təyin etməliyik ki, prosesi müşahidə edə bilək. Bu nəticə verməsə dəyəri artırmalıyıq. Bir sahəni götürmüşük – Leselidze və ətraf küçələr. Əgər 50 tetri nəticə versə saxlayacağıq, amma sistemin məqsədi pul toplamaq deyil, maşınların istifadəsini azaltmaqdır”
- İrakli Xmaladze bildirib.

Belə ki, Tbilisinin vitse-meri bir daha izah edib ki, parkinq üçün verginin saatlıq sisteminin qəbul edilməsinin məqsədi “sürücünün maşını evdə qoyması və ictimai nəqliyyatla hərəkət etməsidir”.


Print Email
FaceBook Twitter Google