Kvitsianinin "Cütlüklərə yardım mərkəzinə" deputat Naveriani 500 lari köçürüb
Vətənpərvərlər Alyansının deputatı Emzar Kvitsiani sosial şəbəkədə qəbz yayımlayıb və ona əsasən onun təşəbbüsü ilə yaradılmış “cütlüklərə yardım mərkəzinə” iki köçürülmə qeydə alınıb.

“Cütlüklərə yardım mərkəzinə” ilk məbləi 43 lari Emzar Kvitsiani özü köçürüb. İkinci köçürülmə isə 500 lari dəyərində parlament əksəriyyətinin üzvü, Marneulinin majoritar deputatı Tamaz Naveriani tərəfindən həyata keçirilib.

Emzar Kvitsianinin dediyinə görə, bir mart
tarixindən hər ay onun maaşının 2 faizi avtomatik rejimdə mərkəzin hesabına köçəcək.

Vətənpərvərlər alyansının deputatı deyir ki, onun təşəbbüsü ilə yaranan mərkəzin məqsədi yeni evlənən ailələrin və demoqrafik vəziyyətin yaxşılaşdırılmasıdır.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər