Marneulidə ilk zorakılıq qurbanlarına xidmət göstərəcək böhran mərkəzi açılıb
Bu gün, 27 fevralda Marneulidə ilk zorakılıq qurbanlarına xidmət üçün böhran mərkəzi açıldı. Mərkəzin məqsədi benefisiarların hüququnu qorumaq və qanuni maraqları müdafiə etməkdir. Eləcə də onların sağlamlığını qorumaq və psixoloji-sosial yardım/reabilitasiyaya dəstək olmaqdır. Bizimlə söhbəti zamanı insan alveri, zərərçəkənlərin qorunması və yardımı üzrə dövlət fondunun direktoru Meri Mağlaperidze deyir ki, böhran mərkəzində xidmət tam pulsuzdur və orada hər kəs
iştirak edə bilər.

“Düşünürük ki, çox adama köməklik göstərə biləcəyik. Böhran mərkəzi müxtəlif ehtiyacı olan şəxslərə yardım göstərə biləcək. Xidmət konsultasiyadan başlayır və sonra tam xidmətə keçə bilər. Reabilitasiya prosesini keçsinlər və psixoloqun, sosial işçinin və hüquqşünasın yardımından istifadə etsinlər. Eləcə də böhran mərkəzi ehtiyac olduğu halda onlara sığınacağa yönləndirməkdə də yardım göstərə bilər” - Mağlaperidze deyir.

Kvemo Kartlidə dövlət müvəkkilinin müavini Zaur Darğallı mərkəzin açılışının vacib olduğunu deyir və düşünürü ki, onların çalışması effektiv olacaq.

Marneuli merinin müavini Laşa Lobjanidze hesab edir ki, böhran mərkəzinin açılışı Marneulidə bir çox zorakılıq qurbanına yardım göstərəcək.

“Ehtiyac yarandı ki, Marneuli ərazisində zorakılıq qurbanlarına xidmət üçün böhran mərkəzi yaradılsın. Mərkəz hər hansı maraqlanan, özünü zorakılıq qurbanı hesab edən şəxsə xidmət göstərəcək” - Laşa Lobjanidze deyir.

Böhran Mərkəzinin zorakılıqdan qorumaq üçün qaynar xətti (116006) var və zəng anonimdir.

Tədbir BMT-nin Qadın təşkilatı və Avropa İttifaqının maliyyə dəstəyi ilə baş tutdu.

Gürcüstan miqyasında cəmi beş böhran mərkəzi, beş sığınacaq fəaliyyət göstərir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər