2-ci Kosalı kəndində 67 yaşlı kişi itkin düşüb
2-ci Kosalı kəndində 26 fevral tarixində 67 yaşlı kişi itkin düşüb. Onu sonuncu dəfə həmkəndlisi olan çoban çay kənarına doğru maşını ilə sürətlə hərəkət edərkən görüb. Çoban 67 yaşlı kişinin evinə gələrək ailə üzvlərinə onun əsəbi şəkildə sürətlə çay kənarına doğru hərəkət etdiyini deyib. Balıq tutmaq həvəskarı olan kişinin ailə üzvləri onun balıq tutmaq məqsədi ilə çay
kənarına getdiyini düşünüblər.

Lakin saatlar keçməsinə baxmayaraq o, evinə qayıtmayıb. Etibarlı mənbədən aldığımız məlumata əsasən, kişinin həyat yoldaşı 6 ildir ki, dünyasını dəyişib və o, ailə üzvlərinə evlənmək istədiyini deyib. Ailə üzvləri isə onun bu istəyini normal qarşılamayıblar və beləliklə ailədə münaqişə yaranıb.

Daha sonra o, evdən çıxıb və əsəbi şəkildə çay kənarına gedib. Həmin gün içkili olduğundan onun intihar edərək özünü çaya atdığı güman edilir.

Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata görə, hadisə ilə bağlı Cinayət Məcəlləsinin qeyri-qanuni olaraq azadlıqdan məhrumetməni nəzərdə tutan 143-cü maddəsi ilə istintaq davam edir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər