Marneuli gənclərinin 5 layihəsi "Gənclər ideyası" tərəfindən maliyyələşdirilib
“Marneuli gənclər ideyası” bu gün, 1 mart tarixində çeklərin təqdim etmə mərasimini keçirib. Çeklərin təqdim olunması gənclər tərəfindən yazılmış və martın sonunadək həyata keçiriləcək 5 layihənin maliyyələşdiriləcəyini təsdiq edir.

“Marneuli gənclər ideyası”nın üzvü İlhamə Qurbanovanın bizimlə söhbəti zamanı bildirdiyinə görə, layihənin məqsədi gənclərin inkişafı və araşdırma nəticəsində aşkarlanmış problemlərin həllidir.

“Bu layihənin həyata keçirilməsi ilə maliyyələşdirilmiş layihələrin müəllifləri
təcrübə qazanırlar ki, bu da onların gələcək həyatında irəliləmələri üçün vacibdir”,
– İlhamə Qurbanova deyir.

“Marneuli gənclər ideyası” araşdırma nəticəsində 3 əsas problem müəyyənləşdirib. Bu üç problem isə ətraf mühitin mühafizəsi, sağlam həyat tərzi və heyvanların müdafiəsidir ki, Marneuli gəncləri bu məsələlərlə bağlı layihə yaza bilərdilər. İlhamə Qurbanova deyir ki, bu il gənclər 18 layihə hazırlayıblar ki, bu da çox yaxşı göstəricidir. Lakin təşkilatın üzvləri bunlar arasından ən yaxşı 5 layihəni seçiblər.

Seçilmiş layihələrin müəllifləri Marneulinin Ulaşlı, Maradisi, Şulaveri və Qasımlı kəndlərindən olan gənclərdir.

Mari Paksadze Maradisi kəndindəndir. O, və onun dostları kənddə sağlam həyat tərzi üçün şəraitin yaradılması ilə bağlı layihə hazırlayıblar və indi idman inventarlarının alınmasını planlaşdırırlar.

“Fikrimcə bu layihə çox mühümdür, çünki sağlam həyat tərzi üçün şəraitin yaradılmasına dəstək olacaq və bu idman inventarlarından məktəb şagirdləri ilə birgə kənd sakinləri də istifadə edəcəklər”, – Mari Paksadze deyir.

Bugünkü görüşdə “Marneuli gənclər ideyası”nın üzvləri ilə birgə Qori, Qardabani, Bolnisi və Tsalka “gənclər ideyası”nın üzvləri də iştirak edirdilər ki, onlar da komitə tərəfindən həyata keçirilən fəaliyyətlər barədə söhbət açdılar.

“Gənclər ideyası”nın Gürcüstan miqyasında 25 komitəsi fəaliyyət göstərir. Bunlardan hər biri ildə bir dəfə olmaqla layihələrin qəbulunu elan edir. Bu layihələrin büdcəsi isə 800 laridən artıq olmamalıdır.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
შინაგან საქმეთა სამინისტროს ცნობით, გარდაბანში ძმამ და მოკლა.
09:45 / 17.05.2024