Gürcüstanı "Avrovizia 2019"da Oto Nemsadze təmsil edəcək
İctimai Yayımçının “Birinci kanalın” “Gürcüstan ulduzları” layihəsinin qalibi Oto Nemsadze olub. Müvafiq olaraq məhz o, Gürcüstanı “Avrovizia 2019”da təmsil edəcək. Bu sayca 64-cü avroviziya olacaq və may ayında İsraildə, Tel-Aviv də baş tutacaq.

“Gürcüstan ulduzlarının” finalında eləcə də Oto Nemsadzenin Avrovizia 2019-da çıxış edəcəyi mahnı da
təqdim olunub.

“Gürcüstan ulduzları”nın finalçıları Liza Kalandia, Oto Nemsadze, Giorgi Nakaşidze və Giorgi Pruidze idi. Layihə “Birinci kanalda” 5 yanvarda başlayıb.

Oto Nemsadze illər əvvəl Rustavi 2-nin “Geostar” layihəsinin qalibi olub.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google