Marneuli şəhərində təqribən 10 ağacı müəyyən hündürlüyə qədər kəsəcəklər
Marneuli şəhərində ağacların kəsilib-təmizlənməsi işləri gedir.

“Təmiz Marneuli” MMC Rustaveli və ətraf küçələrdə təqribən 10 ağacı müəyyən hündürlüyə qədər kəsəcək. “Təmiz Marneuli”nin direktoru Leri Mumladzenin dediyinə görə müəyyən hündürlüyə qədər ağacların kəsilməsi onların pis vəziyyətdə olmasına görə həyata keçirilir.

“Qəzalı ağaclardır, quruyublar, sadəcə 4,5 metrə qədər kəsəcəyik və bundan sonra ağac yenidən bitəcək” - Leri Mumladze
deyir.

Şirkət bir ağacı Marneuli meriyasının qarşısında, digər 2 ağacı isə idman mərkəzi “Ata-Holdinqin” qarşısında müəyyən hündürlüyə qədər kəsib.

Qeyd edilməlidir ki, ağacların müəyyən hündürlüyə qədər kəsilməsi işləri Marneuli kəndlərində də gedir.





Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər