Marneulidə Turizm Məlumat Mərkəzinin tikintisinə 65 118 lari xərclənəcək
Gürcüstan Milli Turizm İdarəsi Marneulidə turistlər üçün məlumat mərkəzinin tikilməsi üçün tender elan edib.

Tenderin şərtlərinə görə, Marneulidə 26 may küçəsində, Polis idarəsi yaxınlığında məlumat mərkəzi olacaq. Layihənin dəyəri 65 118 laridir.

Turizm Məlumat Mərkəzi yerli və xarici turistləri lazımi məlumatla təmin edəcək. Mərkəz turizm tədbirləri, turizm üçün maraqlı yerləri turizm istiqamətləri haqqında məlumatların axtarılmasını və yayılmasını
həyata keçirəcək, məlumat mərkəzinin fəaliyyət göstərdiyi ərazidə mövcud olan turizm obyektləri haqqında məlumat bazası yaradılacaq və bu baza müntəzəm şəkildə yenilənəcək.

Gürcüstan Milli Turizm İdarəsi tenderi 12 fevral tarixində elan edib. Tender 7 mart tarixində başa çatacaq. Tenderdə qalib gəlmiş şirkət Turizm Məlumat Mərkəzini müqavilə imzalandıqdan 98 gün ərzində təhvil verməlidir.
Marneuli meriyası Turizm Mərkəzinin tikintisi istiqamətində işlərə 2017-ci ildən başlayıb. İlk olaraq 29 dekabr 2017-ci ildə Turizm Məlumat Mərkəzinin binasının tikilməsi üçün smeta sənədlərinin hazırlanması ilə bağlı tender olundu. Bu sənədin hazırlanması üçün Marneuli meriyası 977 lari xərclədi.

Qeyd edək ki, Marneuli bələdiyyəsində son vaxtlar ərzində turizm obyektləri artıb. Ağməmmədli kəndində orta əsrlərə aid olduğu güman edilən daş-qutu tipli qəbir aşkarlanıb.

Qəbri kənd təsərrüfatı işləri görən zaman Mahir Nəbiyev aşkarlayıb. 5 fevral tarixində isə Marneuli bələdiyyəsinin Qasımlı kəndində e.ə. V-IV əsrlərə aid eneolit sığınacağa 5 fevral 2019-cu il tarixində Gürcüstan Milli Mədəni İrsin Qorunması Agentliyinin direktoru Nikoloz Antadzenin müvafiq əmri ilə mədəni-irsi abidə statusu verilib.



Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
შინაგან საქმეთა სამინისტროს ცნობით, გარდაბანში ძმამ და მოკლა.
09:45 / 17.05.2024