Marneuli idman məktəbi mehmanxana xidməti qidalanma üçün 24 664 lari xərcləyəcək
Marneuli bələdiyyəsinin idman məktəbi 311 idmançı üçün mehmanxana xidməti və 860 nəfərin qidalanması üçün 24 664 lari xərcləyəcək.

İdman məktəbi bununla bağlı tenderi 20 fevral 2019-cu ildə elan edib və bu tenderdə də yalnız bir şirkət – “Travel Service” MMC iştirak edib. Tenderin şərtlərinə görə, şirkət 311 idmançının mehmanxana xidmətləri və 860 nəfərin qidalanması işlərini 31
dekabr 2019-cu ilədək mərhələli şəkildə həyata keçirəcək.

Marneuli idman məktəbi ötən illərdə də belə tender elan etmişdi. 2018-ci ildə idman məktəbi ümumilikdə 27 876 lari xərcləyib, 2017-ci ildə bu xərc 210 451 lari, 2016-cı ildə isə 95 752 lari olub.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər