Novruz bayramı ilə bağlı tender başa çatdı - tədbirin aparıcıları və müğənnilər hələlik məlum deyil

Novruz bayramı tədbirlərinin təşkil olunması ilə bağlı elan olunmuş tenderin vaxtı bu gün, 5 mart tarixində sona çatdı.

Tenderdə yalnız bir fərdi sahibkar – Davit Qoderdzişvili iştirak etdi.

Meriya tədbirlərin keçirilməsi üçün 16 385 lari vəsait müəyyən olunmuşdu. Fərdi sahibkar isə işləri həyata keçirmək üçün 14 100 lari təklif edib.

Bu mərhələdə tender şərtlərinin müzakirəsi davam
edir, bundan sonra isə fərdi sahibkar Davit Qoderdzişvilinin Novruz bayramı tədbirlərini təşkil edib-etməyəcəyi müəyyən olunacaq.

Tenderin şərtlərində meriya tərəfindən müəyyən olunmuş aparıcıların kim olacağı isə hələ məlum deyil.

Bələdiyyə tərəfindən elan olunan tenderə əsasən bu il tədbiri bir azərbaycanlı oğlan və bir gürcü qız aparacaq. 2018-ci ilin tender sənədlərində aparıcının milləti qeyd olunmamışdı. Eləcə də onların yaşı da qeyd edilməmişdir. Bu il qadın 30-dan 35 yaşa qədər, ixtisasca jurnalist və ya aktrisa, radio və ya televiziyada müəllif verilişinin aparıcısı, analoji tədbirlərdə aparıcılıq təcrübəsi olmalıdır. Kişinin yaşı isə 35-dən 40-a qədər müəyyən edilib. Teatr aktyoru və ya rejissor, Azərbaycan və gürcü dillərini tam şəkildə bilən olmalıdır. Serial və reklam çarxlarında iştirak etməsi müsbət dəyərləndiriləcək. O, da həmçinin analoji tədbirlərin aparıcılıq təcrübəsinə malik olmalıdır.

Davit Qoderdzişvili bu mərhələdə bizimlə danışmaq istəmədi. O, bildirdi ki, işlər hələ başlamayıb və ancaq gələn həftə müsahibə verə bilər.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər