Marneulidə 8 martla bağlı hansı tədbirlər keçiriləcək
Marneuli Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 7 və 8 martda beynəlxalq qadınlar günü ilə əlaqədar tədbirlər keçiriləcək. Bizimlə söhbət zamanı Mədəniyyət Evinin direktoru Nato Şavişvilinin bildirdiyinə görə ilk tədbir sabah 7 martda baş tutacaq və əyləncə xarakterli olacaq.

“Sabah sizi çox maraqlı konsert proqramı gözləyir. Mədəniyyət evinin əməkdaşları və Red Carpet iştirak edəcək. Əyləncəli proqram olacaq. 8 martda isə
mədəniyyət mərkəzi qadın hüquqlarının bərabrəiyi üçün, bərabər imkanlar, azad mühit, qadınların gücləndirilməsinə istiqamətlənmiş dünya kampaniyasına qoşulacaq. Bununla bağlı 8 martda sizə bədii film nümayişi “Monalizanın təbəssümü”nü izləməyi təklif edirik”
– deyir Nato Şavişvili.

7 martda əyləncəli tədbir mədəniyyət evində saat 16:00-da 8 martda isə filmin nümayişi saat 13:00-da baş tutacaq. İştirak etmək sərbəstdir.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər