“Avropalı Gürcüstan”ın üzvləri təmizlik xidmətinin əməkdaşı olan qadınları 8 mart münasibətilə təbrik ediblər
Təmizlik xidmətinin əməkdaşları hər gün səhər saat 4-5-dən işə başlayırlar və şəhər hələ yuxuda olarkən onlar əvvəlki gündən atılıb qalmış tullantıları təmizləyirlər.

“Avropalı Gürcüstan”ın üzvləri təmizlik xidmətinin əməkdaşı olan qadınları 8 mart münasibətilə təbrik ediblər. Partiyanın Marneuli qərargahının rəhbəri Əhməd İmamquliyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, onların məqsədi hər gün bizim qayğımıza qalan qadınlara hörmətlərini bildirmək olub.

“O insanlar gecə saat 4-də çalışırlar, bizim şəhərimizi, bizim küçələrimizi təmizləyirlər. 8 mart adlanan bu sevinci hamı bir-biri ilə bölüşür, xanımları təbrik edir, lakin təəssüf ki, illərdir bu insanları təbrik edən olmur, biz də qərara aldıq ki, bu sevinci onlarla bölüşək”, – deyə Əhməd İmamquliyev bildirdi.

Partiya üzvləri xanımlara gül və şirniyyatlar hədiyyə edib. İmamquliyev deyir ki, təmizlik xidmətinin əməkdaşlarını yalnız 8 martda deyil, həmişə xatırlayır. Onun dediyinə görə, bu xidmətdə çalışan qadınların məsələsini 2019-cu ilin büdcəsinin müzakirəsi zamanı da dilə gətirib və onların maaşının artırılması təklifini irəli sürüb.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər