Marneulinin "Mədəniyyət Mərkəzi" yeni "İntermedia" layihəsinə başlayır
Marneuli Bələdiyyəsinin “Mədəniyyət Mərkəzi” yeni “İntermedia” layihəsinə başlayır. Bu haqda məlumatı “Mədəniyyət evinin” facebook səhifəsində yayımlayıblar.

Layihədə Marneuli bələdiyyəsinin 10 məktəbi iştirak edir. Məktəblər ölkələrin, onların mədəniyyəti və ənənələri haqqında 20 dəqiqəlik yumor-maarifləndirici-musiqili səhnələr təqdim edəcəklər.

İntermedia müsabiqə formsındadır, qalibi aşkarlayacaq juri müsabiqəni qiymətləndirir. Məktəblərə intermediya üçün hazırlaşmağa 2 aylıq müddət verəcəklər.

Marneulinin “Mədəniyyət Mərkəzinin” facebook səhifəsindən oxuduğumuza görə müsabiqə hər il keçiriləcək və qalib gələn məktəbə kubok təqdim olunacaq.

Layihədə iştirak edən mətəblərin siyahısını təqdim edirik:

Marneulinin 1 saylı ictimai məktəbi

Marneulinin 2 saylı ictimai məktəbi

Marneulinin 5 saylı ictimai məktəbi

Marneulinin 6 saylı ictimai məktəbi

Tamarisi kənd ictimi məktəbi

Saimerlo kənd ictimai məktəbi

Sabirkənd ictimai məktəbi

Axali Dioqnisi kənd ictimai məktəbi

Şaumiyan kənd ictimai məktəbi

Algeti kənd 1 saylı ictimai məktəbi


Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər