Yeni Zelandiyada məscidə hücum zamanı 40 nəfər həlak olub
Yeni Zelandiyanın Kraystçerç şəhərində məscidə hücum nəticəsində 40 nəfər həlak olub, 20 nəfər isə yaralanıb. The Guardianın məlumatına görə baş verənlə bağlı ittiham olunanlardan indiyə kimi 3 nəfər həbs olunub, onlardan biri qadındır. Saxlanılanlarda çox sayda döyüş materialları və partlayıcı qurğular aşkar ediblər. Avstraliyanın baş nazirinin bəyanatına görə saxlanılanlardan biri Avstraliya vətəndaşıdır və o, sağlarultra-milliyətçilər qrupunun üzvü idi.

Yeni Zelandiyanın baş naziri baş verəni terror hücumu adlandırıb və bildirib ki, ölkə tarixində ən ağır dövrlərdən biridir. Baş verənə görə ölkədə təhlükəsizlik ölçüləri ciddiləşdirilib. Polis vətəndaşlara ölkə miqyasında məscidlərə getməkdən çəkinməklə bağlı xəbərdarlıq edib. Nəşriyyatın məlumatına görə hücumçülar atəş açan zaman güman ki, canlı yayıma qoşulublarmış. The Guardian yazır ki, hücumçuların obyekti iki məscid – “Əl Nurisə” və Linvud İslam Mərkəzi olub. Birincidə 30 nəfər ikincidə isə 10 nəfər öldürülüb.

Ölkənin baş naziri Casida Ardenin sözlərinə görə hücum əvvəlcədən planlaşdırılıbmış və onlar Yeni Zelandiyanı onun multikulturalizmindən dolayı seçiblər.

Britaniya nəşriyyatı Daily Mail polis tərəfindən saxlanılanlardan aşkarlanan silahların şəklini yayıb. Silahın darağına gürcü dilində Davit Ağmaşenebeli və Davit Soslani yazılıb. Daraqda gürcü çarından başqa digər tarixi şəxslərin adları da yazılıb. Onlar arasında “Traparkali” mübarizəsində iştirak edən admiral Eduard Kodrinqton və rus admiralı Dmitri Senyavinin adları da var.



Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google