Saimerloda ağaca söykədilmiş ikinci dünya müharibəsi memorialı daşınarkən dağılıb
Saimerloda iki ildən artıqdır ki, ağaca söykədilmiş ikinci dünya müharibəsi memorialı qismən dağılıb.

“Memoriala daşınarkən ziyan dəyib. Araşdırılır və əhali ilə danışıqlar əsasında yer seçiləcək və analoji abidə qoyulacaq”,
- Marneuli meriyasından bildiriblər.

Memorialın necə bərpa olunacağı hələ məlum deyil. Meriyadan hadisə zamanı xəsarət alan olub-olmaması barədə məlumatlarının olmadığını bildirirlər.

Memorial öz yerindən uşaq bağçasının tikintisi ilə əlaqədar olaraq götürülmüşdü. Bağçanın tikintisi 10 dekabradək tamamlanmalı olsa da, tikinti işləri hələ də davam edir.

Bunadək Marneuli meriyasından bildirirdilər ki, memorial bağçanın qarşısına yerləşdiriləcək, lakin mövcud vəziyyətdən irəli gələrək bu nə dərəcədə mümkün olacaq, bunu demək çətindir.






Fotonun müəllifi: İrakli Kvelace

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər