Temur Abazovun dediyinə görə, uşaq bağçalarında uşaqlar ac qalırlarmış

Marneuli Uşaq Bağçaları Birliyi uşaq bağçalarında uşaqların ac qalması ilə bağlı Temur Abazov tərəfindən yayılmış məlumatı təkzib edir.

Temur Abazov bu məlumatı TV4 kanalında qonaq olarkən vermişdi. O, bildirmişdi ki, Marneuli uşaq bağçalarında yeməklərin oğurlanması halları baş verirdi.

“Təsəvvür edin ki, bağça əməkdaşları əti, çörəyi, yumurtanı oğurlayırdılar və uşaqlar ac qalırdılar. Cinayət işi də qaldırılmışdı. Problem qeyri-düzgün idarə olunmaqda idi. Bir hadisə baş verdikdə, həmin əməkdaş işdən uzaqlaşdırılmırdı, davam edirdi, lakin bu belə davam etmədi və belə işçilər işdən çıxarıldı. Uşaqlar öz normalarını almırdılar, çox olduğunu düşünüb geri göndərirdilər. Uşaqlar evə gedirdilər, demirdilər ki, acam, yemək ver və valideynlər bağçaya yeməklə gəlirdilər, uşaqlar o dərəcədə ac qalırdılar”,
– deyə Abazov bildirmişdi.

Uşaq bağçalarının rəhbərləri bu məlumatı qəti şəkildə təkzib edirlər.

“Belə heç nə olmayıb, çünki monitorinq həmişə var, buna sadəcə yol verə bilmərik. Gündəlik qəbul, istifadə yoxlanılırdı, necə verməyə bilərdik? Bu mümkün deyil. Sadəcə menyu dəyişmişdi. Daha yaxşı olmuşdu”, – deyə 3 saylı bağçanın rəhbəri Ketevan Minadze deyir.

Saimerlo uşaq bağçasının rəhbəri Aza Xarşiladze də bu məlumatı təkzib edir.

“Nə danışırsınız? Nə vaxt olub, neçənci ildə olub? Tamamilə yalandır”, – Xarşiladze deyir.

“Marneuli” radiosu Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmovla əlaqə saxladı. O, hazırda Gürcüstanda olmadığından müsahibə yaza bilməsək də, “facebook” vasitəsilə yazaraq bildirdi ki, Abazovun bəyanatı barədə məlumatı ilk olaraq bizdən eşidib. Kərəmov bildirdi ki, nə əvvəllər, nə də indi uşaqların qida problemi olmayıb.

Məsələ ilə bağlı Marneuli merinin səlahiyyətlərinin icraçısı Zaur Tabatadze ilə əlaqə saxladıq. O, bildirdi ki, belə halların baş verməsi haqqında heç bir məlumatı yoxdur.

“Bizim birgə işlədiyimiz müddətdə belə hal eşitməmişəm, əgər belə hal olmuşdusa müvafiq tədbir görməli idi”, – Tabatadze bildirdi.

Marneuli uşaq bağçalarındakı vəziyyətlə bağlı Temur Abazov 7 mart tarixində Kvemo Kartli televiziyasının “Açıq efir” verilişində söhbət açmışdı.


 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər