Nə üçün Marneuli meri müstəqil namizəd olmalıdır – Əli Bədirov “Aktual mövzu” verilişində

14 may tarixində “Marneuli” radiosunda efirə gedən “Aktual mövzu” verilişinin qonağı Marneuli meri vəzifəsinə müstəqil namizəd Əli Bədirov oldu.

Bədirov verilişdə öz proqramından danışdı və bildirdi ki, Marneuli, eləcə də digər rayonlarda mer mütləq müstəqil namizəd olmalıdır.

“Partiyanı təmsil edən istənilən mer və ya icra başçısı özünün yaxşı ideyaları olsa belə, partiyanın digər üzvlərinin razılığı olmadan həyata keçirə bilməz. Orada işlər əsasən komanda şəklində olur və dövlət məmuru olduqlarını unudurlar. Onlar başlayırlar partiyanın digər liderlərinin dediklərini etməyə, deyirlər bunu et – edir, deyirlər etmə – etmir”, – Əli Bədirov bildirdi.

Verilişdə söhbət zamanı Bədirov bildirdi ki, onun seçkiöncəsi kampaniyasının xərclərini özü və ailəsi qarşılayır, çünki istəyir ki, seçkilərdə sona qədər müstəqil olsun.

Bədirov hesab edir ki, onun seçkidə qalib gəlmək şansı çoxdur, lakin bildirir ki, ikinci tura keçmək ehtimalı daha yüksəkdir və ikinci turda rəqibi “Gürcü Arzusu”nun “milli hərəkatçı” namizədi Zaur Darğallı və ya “Güc Birlikdədir”in namizədi Aqil Mustafayev olacaq.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər