Müxalifət nümayəndələri Sadaxlı kəndində döyülmə faktının olduğunu deyir
“Avropalı Gürcüstan”ın mer vəzifəsinə namizədi Əhməd İmamquliyevin məlumatına görə, onların partiyasının nümayəndəsi

Sadaxlı kəndində yerləşən 31 saylı seçki məntəqəsi ərazisində Sadaxlı icra nümayəndəliyinin əməkdaşı tərəfindən döyülüb.



“Gürcü Arzusu”nun üzvləri bizim Sadaxlıda yerləşən 31 saylı seçki məntəqəsindəki nümayəndəmizə hücum edib. Bizim məntəqədəki nümayəndəmiz Tahir Əliyevdir və merin Sadaxlıdakı nümayəndəsi ona hücum edib”, – Əhməd İmamquliyev bildirib.



Partiya üzvləri faktı araşdırmaq üçün Sadaxlıya yollanıblar.
Print Email
FaceBook Twitter Google