Marneulinin Böhran Mərkəzi beş ay ərzində təqribən dörd benefisiara xidmət göstərib

Marneulidə ilk dəfə fəaliyyətə başlayan zorakılıq qubanları üçün xidmət mərkəzi təqribən beş ay ərzində 4 benefisiar qəbul edib.

Bu haqda məlumatı İnsan Alveri, zərərçəkənlərin müdafiəsi və yardım üzrə dövlət fondunun direktoru Meri Mağlaperidze məlumat verib və o, qeyd edir ki, onlar daim əhalinin məlumatlandırılmasına çalışırlar ki, müraciətərin sayı artsın.

“Statistik göstəricilərə görə desək Marneulidə elə də möhtəşəm hal deyil. Mərkəz martda fəaliyyətə başlayıb və hələ ki, 4 nəfərə yardım göstəririk (ailədə zorakılıq istiqamətində). Xidmət olduqca çətin aparılır, ancaq biz tanınmaq üçün yenə də çalışırıq. Daim məlumat kampaniyaları aparırıq. Marneulidə mərkəzin özündə dəfələrlə broşurlar paylamışıq, kəndlərdə əhali ilə görüşlər keçiririk, kənd həkimləri ilə də treninqlər keçirik və xidmətlər haqqında məlumat veririk. Maksimum dərəcədə çalışırıq ki, əhali məlumatlansın” – Meri Mağlaperidze deyir və bildirir ki, 4 benefisiardan ikisi tam kurs keçib. Digər ikisində isə konsultasiya və bir neçə sessiya keçirildi.

Yerli gender üzrə mütəxəssis Nona Samxaradze "Marneuli" radiosu ilə söhbətində deyir ki, zorakılıq qurbanlarına xidmət üçün böhran mərkəzinin Marneulidə olması vacibdir. Məlumatlandırmaq üçün güc də artmalıdır.

“Qeyd olunan mərkzə bizim bələdiyyə üçün çox lazımlıdır və həqiqətən də müraciət azdır. Burada yalnız mərkəzi günahlandıra bilmərik. Bu yöndə təşkilatlar da çalışıb və qadınların fəallığını artıra bilmədilər ki, müxtəlif mövzularla bağlı müraciət etsinlər. Biz bu sektora qoşulan şəxslər mərkəzi aktivləşdirməliyik. Mən məsələ çox adamlara məsləhət görmüşəm ki, bu mərkəzə müraciət etsinlər. Müxtəlif yollar var və qadınlara yardım etməlidirlər. Onlar yalnız servislərdən istifadə etməməidirlər həm də dövlət onların problem ilə maraqlanır və qayğılarına qalmalıdır” – Nona Samxaradze deyir.

Marneulidə zorakılıq qurbanları üçün birinci böhran mərkəzi 2019-cu ilin 27 fevralında açılıb. Mərkəzin məqsədi benefisiarların hüquq və qanuni maraqlarının qorunmasıdır. Eləcə də onların sağlamlığının qorunması, psixoloji-sosial yardım/islahata dəstək olmaqdır.

Böhran mərkəzinin zorakılıqdan müdafiə üçün qaynar xətti (116006) var. Zəng gizlidir.

Gürcüstan miqyasında cəmi beş böhran mərkəzi, beş sığınacaq fəaliyyət göstərir.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər