"Hələ ki, idarə edirik" - Marneulinin nəqliyyat şirkətinin direktoru gediş haqqının bahalaşması ehtimalı barədə

Yanacağın qiyməti bahalaşarsa, Marneuli bələdiyyəsi daxili nəqliyyat xətlərində də qiymətlərin bahalaşması mümkündür.

Bu haqda “Ekspress Turist” MMC özəl şirkətinin direktoru Yuri Samxaradze bildirib və deyib ki, “əgər yanacağın qiyməti bahalaşarsa, gediş haqqını bahalaşdırmağa məcburuq. Hələ ki, birtəhər idarə edirik”, – Yuri Samxaradze deyir ki, yanacaq az da olsa bahalaşsa, qiymət də artacaq.

Qeyd edilməlidir ki, Marneulidə hərəkət edən 1 və 2 saylı marşrut taksiləri Yuri Samxaradzeyə aid olan nəqliyyat şirkətinin balansındadır. Gediş haqqı Marneuli-Tbilisi istiqamətində bahalaşıb. İndiyə kimi gediş haqqı 2 lari idisə indi bu məbləğə 50 tetri də əlavə olunub. Yanacaq bahalaşarsa gediş haqqı 3 lariyə kimi artacaq.

Bələdiyyənin balansında olan nəqliyyat üçün gediş haqqı olduğu kimi qalır.

Məsələn, “super” benzinin qiyməti 2.69-2.74 lari çərçivəsində dəyişir. Həmin yanacağın qiyməti dekabr ayından təqribən 10 tetri bahalaşıb.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər