Marneuli meriyası dayanacaqların yaxınlığında yerləşən köşkləri ləğv edəcək
Marneulidə dayanacaqların ətrafındakı kiçik, fəaliyyətsiz köşkləri yəqin ki, hamınız görmüsünüz. Onlardan bəziləri zibilxanaya çevrilib, bəziləri isə demək olar ki, əhali üçün təhlükəyə çevrilib. Söhbət 5 saylı ictimai məktəbinin qarşısında yerləşən köşkdən gedir. Köşkün şüşələri tamamilə sınıb və yerə səpələnib.

Daha bir köşk isə Rustaveli küçəsində yerləşən işıqforun yanında yerləşir və əhali tərəfindən zibilxanaya çevrilib.


Bundan əlavə köşklərə müxtəlif məlumat broşürləri və seçki qabağı dövrdən qalan namizədlərin plakatları vurulub.



Köşklərin yararsız olduğunu meriyadan da təsdiq edirlər və deyirlər ki, onların hamısı yaxın gələcəkdə götürüləcək.

“Fəal şəkildə çalışırıq ki, şəhərdə müasir tipli dayanacaqlar qurulsun. İlkin mərhələdə 20-yə yaxın dayanacaqdan söhbət gedir. Bu ərazilər artıq seçilib, hər biri təqribən 10 kvadratmetrdir. Artıq sona yaxınlaşmışıq və yaxın dövrdə bu proses başlayacaq. Mən bilərək tarixi qeyd etmirəm, ancaq tezliklə başlayacaq. Köhnə və sıradan çıxmış dayanacaqlar yenisi ilə əvəz olunacaq. Bunun üçün bələdiyyə məbləğ xərcləməyəcək. Əksinə, torpaq icarəsindən məbləğ əldə edəcək”, – merin müavini Laşa Lobcanidze deyir.

İlk əvvəl bu köşklərin tikilməsinə niyə ehtiyac yaranıb sualına Lobcanidze də cavab verə bilmir və deyir ki, yeni dayanacaqlar köşksüz olacaq.

“Biz bu köşkləri ləğv edəcəyik. Yalnız dayanacaq olacaq ki, sərnişinlər üçün rahat şəkildə sığınacaq olsun və nəqliyyatı gözləsinlər. Yalnız bu funksiya olacaq və burada heç bir köşk olmayacaq”, – Laşa Lobcanidze deyir.

Marneuli miqyasında beşə qədər fəaliyyətsiz köşk var.

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər