"Biz qayğıkeş millətik ona görə də bizim ərazidə bu qədər millət nümayəndəsi yaşayır"- Yepiskop İobi Marneuliyə səfəri zamanı bildirib
Bu gün, 9 iyun tarixində Marneuli və Hucabi Yeparxiyasında Sinod üzvləri toplaşıb. TV Pirvelinin məlumatına görə, əsas müzakirə mövzularından biri Nəriman Nərimanovun abidəsi məsələsi olub. Kadrlardan göründüyü kimi sinod üzvləri ilə görüşdə Marneulinin majoritar deputatı Ruslan Hacıyev və Bələdiyyə Məclisinin üzvü Rövşən İsgəndərov da iştirak edib. Rövşən İsgəndərov "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, bu günkü görüşə onlar da dəvət alıblar.

"Marneuliyə din xadimləri gəlmişdi. Bayram tədbiri ilə bağlı, həmişə olduğu kimi oraya bizi də dəvət etmişdilər. Mən, Ruslan Hacıyev və bir neçə deputat da iştirak edirdi. Bayram və ibadət məqsədi ilə iştirak etdik. Bildiyiniz kimi dinlərmiz bir-birinə hörmətlə yanaşır. Biz orada 15-20 dəqiqə olduq, din xadimləri ilə görüşdük. Orada başqa heç bir söhbət olmadı. Sadəcə görüşdük. Daha sonra onlar ibadət etməyə getdilər. Biz də oranı tərk etdik. Bundan başqa orada heç nə baş verməyib", - Rövşən İsgəndərov dedi.

Bu gün Mitropoli İobi Marneuliyə gəlib və çıxışında bildirib ki, onlar ölkədə sülh olmasını istəyirlər.

"Biz bu gün toplaşmışıq ki, ölkədə sülh olsun. Mən dəfələrlə demişəm ki, Gürcüstandakı bütün millətlər xoş niyyətlidir. Yunan rahib var. O, əvvəlcədən bildirib ki, Gürcüstan ərazisində böyük şərab imperiyası olacaq. Bu fiziki imperiya deyil. Bu mənəvi əhəmiyyət daşıyır. Bütün dünyada həqiqi din, pravoslavlıq olan zaman, Gürcüstan da pravoslavlıqla parlayacaq. Biz istəyirik ki, hamı Gürcüstanda kilsənin funksiyasını və əhəmiyyətini görsün. İohane Sabanidze yazır ki, Abo Tbileli suya çəkilən zaman "İsmayıl idi və artıq gürcüdür". Demək suya çəkilən zaman İsmayıl kimi idi amma bundam sonra gürcüdür. Gürcülük və xristianlıq Gürcüstanda bərabərləşdirilmişdi. Gürcüstanda yaşayan bütün icma nümayəndələri bizim kilsənim üzvləridirlər. Bizim pravoslav azərbaycanlılarımız, ermənilərimiz, yezidlərimiz, türklərimiz yaxud başqa icma nümayəndələrimiz var. Bu proses başlayıb və biz həqiqətən istəyirik ki, bütün millətlərlə dost olmaq istəyirik. Biz qayğıkeş millətik, ona görə də bizim ərazidə bu qədər millətin nümayəndəsi yaşayır. Ancaq onlara da həmin istiliyi və sevgini göstərməliyik", - Yepiskop İobi bildirib.

Marneulidə Nəriman Nərimanovun abidəsi məsələsinin müzakirəsi Marneuli və Hucabinin yepiskopu Qiorqinin Marneuli merinə heykəlinin götürülməsini tələb etdikdən sonra başladı.
Print Email
FaceBook Twitter Google