Marneulinin “Geo Hospitals” klinikasından göndərilmiş analizlərin cavabı mənfidir
“Geo Hospitalsın” kliniki direktoru Tata Şenqelaia “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, 9 iyun tarixində klinikadan koronavirusla bağlı 2 analiz göndəriblər.

“İki test göndərmişdik və hər ikisinin cavabı mənfidir. Bu gün göndərməmişik, koronavirus əlamətləri ilə xəstə gətirilməyib”, – Tata Şenqelaia dedi.

Marneulinin “Geo Hospitals” klinikasında 37 gün ərzində yalnız bir yoluxma halı qeydə alınıb.

Qeyd edək ki, 8 iyun tarixində Kirəç-Muğanlı kəndində iki nəfərdə koronavirus təsdiqlənib. Onların təmasda olduqları şəxslərin bir qismini karantin zonasına yerləşdiriblər. Bir qismi isə evdə özünüətcriddədir.

Print Email
FaceBook Twitter Google