Saakaşvili – mən istənilən halda bu döyüşün ön xəttində olacağam – İvanişvilinin su elektrik stansiyalarında, qızıl mədənlərində, “bitcoin” fabriklərində qul olacağımıza və ya azad bir ölkənin qürurlu vətəndaşları olmağımıza bu il qərar veriləcək
“Gürcüstanın məhv edilməsini rahatlıqla izləmək niyyətində deyiləm, qələbəyə hazırlaşırıq”, – deyə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili özünün “Facebook” səhifəsində yayımladığı videosunda bildirib.

Saakaşvilinin sözlərinə görə, bu il keçiriləcək seçkilərdə Gürcüstanın məhv olacağı və ya qalib gələcəyi barədə qərar veriləcək.

“Mən Gürcüstanın dağıdılması və sonuna çıxılmasını rahatlıqla izləyə bilmərəm. Mən gürcü ailələrinin dağıdılmasını və ölkədən qovulmasını seyr etmək niyyətində deyiləm. Əlbəttə ki, biz qalib gəlməyə hazırlaşırıq. Hamımız birləşməliyik, yerləri bölmək vaxtı nə indi deyil, nə də gələcəkdə olmayacaq. Xalqımıza kömək etmək istəyən hər kəs birləşməlidir. Mən, istənilən halda, mütləq bu döyüşün ön xəttində olacağam. İvanişvilinin su elektrik stansiyalarında, qızıl mədənlərində, “bitcoin” fabriklərində qul olacağımıza və ya azad bir ölkənin qürurlu vətəndaşları olacağımıza bu il əbədi olaraq qərar veriləcək. Əgər azad bir ölkənin qürurlu vətəndaşlarıyıqsa, bu il ölkəmiz ya son olaraq məhv olacaq, ya da qalib gələcək, üçüncü seçim yoxdur! Buna görə də təbii ki, biz qələbəyə hazırlaşırıq", – deyə Saakaşvili bildirib.

Print Email
FaceBook Twitter Google