Gürcüstanın Baş naziri Qiorqi Qaxarianın sözlərinə görə, Səhiyyə
Nazirliyinə koronavirus pandemiyası ilə mübarizədə Gürcüstanın
Ermənistana göstərə biləcəyi yardım planı hazırlamaq
tapşırılıb.
Qiorqi Qaxarianın sözlərinə görə, Ermənistan tərəfin etdiyi xahiş
tibbi heyət vasitəsilə kömək etməyi nəzərdə tuturdu.
“Qonşu ölkələrimizdə vəziyyət çox gərgindir. Mən şəxsən
Ermənistanın baş naziri, həm də səhiyyə naziri, xarici işlər və
iqtisadiyyat nazirləri ilə gündəlik əlaqə saxlayıram və
qonşularımızın hansı köməyə ehtiyacı olduğunu artıq
müəyyənləşdirmişik. Qarşılıqlı dəstək son dərəcə vacibdir və
Gürcüstanın Səhiyyə Nazirliyinə artıq Gürcüstanın qonşu Ermənistana
göstərə biləcəyi yardımı hazırlaması tapşırılıb. Bu, ilk növbədə
belə görünür ki, tibb işçiləri vasitəsilə yardım olacaq. Qonşumuz
tərəfindən də belə bir xahiş səsləndirildi”, – deyə
Qaxaria bildirib.