Bələdiyyə Məclisinin üzvü parklara qulluq üçün əlavə xidmətinin yaradılmasını tələb edir
Bu gün, 12 iyun tarixində Marneuli Bələdiyyə Məclisinin iclasında Tsereteli ərazi vahidliyinin deputatı Roman Tabatadze təşəbbüslə çıxış edib və bildirib ki, bələdiyyə parklara qulluq xidməti yaratmalıdır.

“Parklar ağır vəziyyətdədir. Qulluq edə bilmirik və daha çox parkın yaradılması planlaşdırılır. Düzəltdiyimiz parklar yaxşıdır və əhali oraya gedir. İstirahət etmək istəyirlər, ancaq elə baxımsızdır ki, orada dincəlmək deyil başqa işlər görülməlidir”, – Roman Tabatadze bildirib.

Tabatadze Tseretelidəki 9 aprel parkından da söhbət açıb və deyib ki, infrastruktura yararsızdır.

“Bir il yarımdır hamını narahat etmişəm ki, iki-üç yellənçək assınlar. Uşaqlar parka gedəndə bir az əylənə bilsinlər. Burada hovuz düzəldilib ancaq su töküb sonra boşalda bilmirik. Elementar qulluq lazımdır, bir nəfər təyin olunmalıdır ki, gündə bir iki saat parka diqqət yetirsin. Bu tam yetərli olacaq. Biz düzəldilmiş parklara qulluq edə bilmiriksə, başa düşmürəm yenisini düzəltməyi niyə planlaşdırırıq. Nə üçün düzədlirik”, – Roman Tabatadze deyib.

Bələdiyyə Məclisinin üzvü bildirib ki, Marneuli meriyasına parkalara qulluq xidmətinin yaradılması tələbi ilə dəfələrlə müraciət edib. Amma vəziyyət yenə də dəyişməz qalır.

Print Email
FaceBook Twitter Google