Bolnisidə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı bir nəfər dünyasını dəyişib (VİDEO)
Bu gün, 18 iyun tarixində saat 11:00 radələrində Bolnisi rayonunun Kveşi kəndi yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində bir nəfər dünyasını dəyişib.

Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna verilən məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi ilə istintaqa başlayıb.

Həmin maddə nəqliyyatın hərəkəti təhlükəsizliyi və ya istismarı qaydalarının pozulması nəticəsində insan həyatının itirilməsini nəzərdə tutur.



Print Email
FaceBook Twitter Google